
Tramp İsrail-Livan danışıqlarında iştirak edəcək
İsrail və Livanın Vaşinqtondakı səfirləri Yexiel Layter və Nada Hamad Moavad məsləhətləşmələrinin yeni raundu Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək.
İsrail və Livanın Vaşinqtondakı səfirləri Yexiel Layter və Nada Hamad Moavad məsləhətləşmələrinin yeni raundu Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçiriləcək.
Gundem.today xəbər verir ki, bu barədə "Axios" portalının və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində bildirib.
"ABŞ rəsmisinin sözlərinə görə, Prezident Tramp günorta saatlarında İsrail və Livan səfirlərini Ağ Evdə salamlayacaq və orada tərəflər danışıqların ikinci raundunu keçirəcəklər", - deyə o yazıb.
Öz növbəsində, CNN telekanalı mənbələrə istinadən xəbər verir ki, ABŞ prezidenti İsrail və Livan arasındakı danışıqlar prosesi çərçivəsində bəzi tədbirlərdə iştirak edəcək.
İsrailin ABŞ-dəkı səfiri Y.Layter və Livanın ABŞ-dəkı səfiri N.Moavad birbaşa danışıqlarda ölkələrini təmsil edəcəklər. Görüşdə ABŞ dövlət katibi Marko Rubio da iştirak edəcək.
Xatırladaq ki, aprelin 14-də İsrail və Livan arasında son 43 ildə ilk dəfə birbaşa danışıqlar raundu baş tutub. Vaşinqtonda keçirilən həmin görüşdə tərəflər yenə səfirlər səviyyəsində təmsil olunmuş, müzakirələrdə M.Rubio iştirak etmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampın "Qızıl kart"ını neçə nəfər alıb?
ABŞ Prezidenti Donald Trampın xarici vətəndaşlara bir milyon dollar qarşılığında yaşayış icazəsi almağa imkan verən "Qızıl kart" ("Golden Card") viza proqramı üzrə indiyədək cəmi bir müraciət təsdiq olunub.
DünyaTayvan ABŞ ilə milyardlarla dollarlıq silah müqavilələri imzaladı
Tayvan ABŞ ilə ümumi məbləği 6.6 milyard dollardan çox olan altı iri silah alışı müqaviləsi imzalayıb.
DünyaSüni intellektin absurd videoları: Niyə onlara baxmaqdan özümüzü saxlaya bilmirik?
İnternet məkanında süni intellektin köməyi ilə hazırlanan qeyri-adi və absurd videoların sayı sürətlə artır. Bu kadrlarda meyvələr, tərəvəzlər və ya müxtəlif məişət əşyalarının insanlara xas hərəkətlər etdiyi müşahidə olunur.
DünyaZelenski: "Qafqaz regionu ilə əməkdaşlıq hazırlayırıq"
"Ukrayna tamdəyərli çoxkomponentli hava hücumundan müdafiə (HHM) sisteminin yaradılmasına kömək edə bilər və artıq bu sahədə bir sıra ölkələrlə əməkdaşlıq edir. Qafqaz regionu ilə əməkdaşlıq hazırlıq mərhələsindədir, digər tərəfdaşlarla müdafiə layihələri üzrə razılaşmalar davam edir".