
Tramp: "Seçim mənim olsaydı, İranın neftini nəzarətə götürərdim"
"Mən İrana qarşı körpülərin və elektrik stansiyalarının məhv edilməsindən daha ciddi tədbirlərə əl atmaq istəmirəm".
"Mən İrana qarşı körpülərin və elektrik stansiyalarının məhv edilməsindən daha ciddi tədbirlərə əl atmaq istəmirəm".
Gundem.today "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
"Mən bu addımları atmağa nifrət edirəm, lakin biz onların ölkəsini boşaldırıq, onların körpüləri, elektrik stansiyaları və başqa heç nəyi qalmaya bilər. Mən bundan daha irəli getməyəcəyəm, çünki bu iki növ obyektin məhv edilməsindən qat-qat pis olan şeylər var", - deyə o bildirib.
D.Tramp vurğulayıb ki, əgər seçim onun olsaydı, İranın neftini nəzarətə götürər, ondan böyük mənfəət əldə edər və "İran xalqının daha yaxşı qayğısına qalardı". Lakin onun sözlərinə görə, amerikalılar hərbçilərin evə qayıtmasını istəyirlər.
ABŞ liderir əmin edib ki, İrana qarşı hazırkı kampaniyanın yeganə məqsədi onu nüvə silahı yaratmaq imkanından məhrum etməkdir. Əks halda, Trampın iddiasına görə, İsrail məhv edilərdi, Yaxın Şərq isə böyük bəla ilə üzləşərdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp Kanadanın ABŞ-nin tərkibinə daxil edilməsi fikrindən daşındığını bildirib
ABŞ Prezidenti Donald Tramp Kanadanın ölkənin tərkibinə daxil edilməsi fikrindən daşınıb.
DünyaTramp: "İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO
"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur".
DünyaPakistanın 12 günlük neft ehtiyatı qalıb
Pakistandakı neft ehtiyatları 12 günə kifayət edəcək.
DünyaTramp İranı bir gecəyə məhv etməklə hədələdi
"İran bir gecə ərzində tamamilə məhv edilə bilər".