
Trampdan SENSASİON AÇIQLAMA: "İran zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verməyə razılaşıb"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran 2025-ci ilin iyununda zərbələrə məruz qalmış obyektlərdəki zənginləşdirilmiş uranı Vaşinqtona təhvil verməyə razılaşıb.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran 2025-ci ilin iyununda zərbələrə məruz qalmış obyektlərdəki zənginləşdirilmiş uranı Vaşinqtona təhvil verməyə razılaşıb.
Gundem.today xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Onlar nüvə tozunu bizə verməyə razılaşdılar. B-2 bombardmançı təyyarələrinin iştirakı ilə həyata keçirdiyimiz hücumlar səbəbindən o, yerin çox dərinliyində yerləşdirilib", - deyə ABŞ lideri qeyd edib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇin İrana müasir radiolokasiya sistemləri verir
ABŞ Hərb Nazirliyinin (Pentaqon) kəşfiyyatı Çinin İrana müasir radiolokasiya sistemlərinin tədarükünü nəzərdən keçirdiyi qənaətinə gəlib.
DünyaNeft ucuzlaşmağa başladı
Yaxın Şərqdə münaqişənin həlli istiqamətində irəliləyişlərin olması neft qiymətlərini aşağı salır.
DünyaLivan İsrailin atəşkəsi pozduğunu bildirib
Livan ordusu atəşkəs rejiminin qüvvəyə minməsindən sonra İsrailin hücumlarının davam etdiyini təsdiqləyib və ölkənin cənub sakinlərinə hələlik evlərinə qayıtmamağı tövsiyə edib.
DünyaLivan İsrailin atəşkəsi pozduğunu bildirib - VİDEO
Livan ordusu atəşkəs rejiminin qüvvəyə minməsindən sonra İsrailin hücumlarının davam etdiyini təsdiqləyib və ölkənin cənub sakinlərinə hələlik evlərinə qayıtmamağı tövsiyə edib.