Son dəqiqə
Daşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ - VİDEOTrampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıbDünya Kuboku: Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub - FOTOPrezident İlham Əliyev: "Vaşinqtonda baş verən atışma məni dərindən sarsıdıb"Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıbMonqolustanda güclü zəlzələ baş verdi, Çində də hiss olundu
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO
Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO
Dünya

Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO

Bu gün
08:00
0 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri təhlükəsizlik təhdidi səbəbindən şənbə günü "Washington Hilton" hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyindən təxliyə ediliblər.

ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri təhlükəsizlik təhdidi səbəbindən şənbə günü "Washington Hilton" hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyindən təxliyə ediliblər.

Gundem.today yerli KİV-ə istinadən xəbər verir ki, hoteldə atəş səsləri eşidilib.

Məxfi Xidmət yüzdən çox insanın Trampın çıxışını gözlədiyi banket zalını mühasirəyə alıb. Orada olanlardan bəziləri beşdən səkkizə qədər atəş səsi eşitdiklərini bildiriblər. Atəş açan şəxs özü zala daxil olmayıb, hadisə hotelin digər otaqlarından birində baş verib.

Tədbirdə iştirak edənlər arasında Trampdan başqa, birinci xanım Melaniya Tramp, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, hərb naziri Pit Heqset və ABŞ dövlət katibi Marko Rubio da olublar. Bütün dəvətlilər təxliyə ediliblər.

Daha sonra D.Tramp Məxfi Xidmətin atəş açan şəxsi saxladığını bildirib. Şübhəlinin Kaliforniya ştatının sakini, 31 yaşlı Koul Tomas Allen olduğu müəyyən edilib.

"Vaşinqton, Kolumbiya dairəsində hadisələrlə dolu bir axşam. Məxfi Xidmət və hüquq-mühafizə orqanları fantastik iş gördülər. Onlar cəld və mərdliklə hərəkət etdilər. Atıcı saxlanılıb və mən "şounu davam etdirməyi" tövsiyə etdim, lakin tamamilə hüquq-mühafizə orqanlarının tövsiyələrini rəhbər tutacağam", - deyə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb və atəş açdığı ehtimal edilən şəxsin fotosunu paylaşıb.

Atışmadan bir müddət sonra Tramp mətbuat konfransı keçirib. O, hücum edənin bir neçə ədəd silahı olduğunu və güllənin Məxfi Xidmət əməkdaşlarından birinə dəydiyini, lakin onu zirehli gödəkçənin qoruduğunu bildirib.

Trampın sözlərinə görə, insidentlə əlaqədar jurnalistlərlə görüşün təxirə salınmasına qərar verilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Donald_Tramp#atışma#Məxfi_Xidmət#Washington_Hilton#təxliyə#Ağ_Ev#Melaniya_Tramp#Cey_Di_Vens#silahlı_insident#ABŞ_xəbərləri.

Oxşar Xəbərlər

Trampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıbDünya

Trampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıb

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açan şəxsin Kaliforniyadan olan 31 yaşlı Koul Allen olduğu müəyyən edilib.

Bu gün
11:120
Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıbDünya

Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıb

ABŞ Prezidenti Donald Trampın "Washington Hilton" hotelində iştirak etdiyi tədbirdə atəş açmaqda şübhəli bilinən Koul Tomas Allen bəyan edib ki, onun hədəfi dövlət başçısının özü deyil, administrasiya rəsmiləri olub.

Bu gün
10:480
Monqolustanda güclü zəlzələ baş verdi, Çində də hiss olunduDünya

Monqolustanda güclü zəlzələ baş verdi, Çində də hiss olundu

Monqolustanda 6.0 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu gün
10:360
Kolumbiyada terror aktı: Yeddi ölü, 20-dən çox yaralı - VİDEODünya

Kolumbiyada terror aktı: Yeddi ölü, 20-dən çox yaralı - VİDEO

Kolumbiyada Panamerika şosesində baş vermiş partlayış nəticəsində yeddi nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Bu gün
10:120