
Trampın iştirak etdiyi tədbirdəki silahlı insidentlə bağlı yeni detal üzə çıxdı
Vaşinqtonda prezidentin də iştirak etdiyi tədbirdə atəş açan şəxsin silahı son illər ərzində qanuni şəkildə əldə etdiyi bildirilib.
Vaşinqtonda prezidentin də iştirak etdiyi tədbirdə atəş açan şəxsin silahı son illər ərzində qanuni şəkildə əldə etdiyi bildirilib.
Gundem.today xəbər verir ki, bu barədə ABŞ-nin ədliyyə naziri və baş prokuror səlahiyyətlərini icra edən Todd Blanş CNN telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, şübhəli bir neçə il ərzində əldə etdiyi silahları qanuni yolla alıb.
* Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO
* Trampın iştirakı ilə keçirilən tədbirdə atəş açan şəxs İranla bağlantılı olub?
* Ağ Evin mətbuat katibindən Vaşinqtondakı hoteldə atışma öncəsi qəribə bəyanat
Daha əvvəl bildirilib ki, saxlanılarkən şübhəlinin üzərindən bir neçə silah tapılıb. Polisin məlumatına görə, o, ov tüfəngi, tapança və bir neçə bıçaqla silahlanmış olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaVaşinqtondan tələb: Radioaktiv materiallar İrandan çıxarılsın
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla danışıqlar zamanı bu ölkənin ərazisindən nüvə yanacağı və digər radioaktiv materialların çıxarılmasını müzakirə edir.
Dünyaİsrail Livana genişmiqyaslı zərbələr endirdi
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanda "Hizbullah"ın silah anbarlarına, raket qurğularına və raketçilərdən ibarət dəstələrə zərbələr endirdiyini bildirib.
DünyaVaşinqtonda atəş açan şəxsin "manifest"i yayıldı: ABŞ rəsmiləri hədəf kimi göstərilirmiş
Vaşinqtonda atışma törədən şəxs hücumdan əvvəl yazdığı "manifest"də ABŞ administrasiyasının nümayəndələrini hədəf kimi göstərib.
DünyaTramp: "Atəş açan şəxs zalın yaxınlığına çatmadan saxlanılıb"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonda atəş açan şəxs tədbirin keçirildiyi zalın yaxınlığına çatmadan saxlanılıb.