
Türkiyə Qran-prisi "Formula-1"ə qayıdır
Dünyanın ən nüfuzlu avtoidman yarışlarından olan "Formula-1" üzrə dünya çempionatının təqviminə Türkiyə Qran-prisi yenidən daxil edilir.
Dünyanın ən nüfuzlu avtoidman yarışlarından olan "Formula-1" üzrə dünya çempionatının təqviminə Türkiyə Qran-prisi yenidən daxil edilir.
Gundem.today Türkiyə mediasına istinadən xəbər verir ki, nəhəng avtomobil yarışının Türkiyədəki mərhələsinin 2027-ci ildən etibarən yenidən keçirilməsi nəzərdə tutulur.
İmzalanması planlaşdırılan beşillik müqavilə şərtlərinə əsasən, həyata keçiriləcək bu mərhələnin gələcəkdə "Formula-1" yarış təqviminin daimi hissəsinə çevrilmə ehtimalı var.
Xatırladaq ki, Türkiyə ərazisində ilk "Formula-1" yarışı 2005-ci ildə İstanbulun Tuzla rayonunda təşkil edilmişdi. İlk müqavilə yeddi ildən sonra uzadılmamışdı. Pandemiya dönəmində, yəni 2020-ci və 2021-ci ildə "Formula-1" çempionatı yenidən "İstanbul Park" avtodromuna qayıtmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa çempionatı: Azərbaycan güləşçisi finala çıxdı
Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
İdman"Beşiktaş"ın sabiq futbolçusu qəfil vəfat etdi - FOTO
Türkiyənin "Beşiktaş" klubunun və Nigeriya milli komandasının sabiq futbolçusu Maykl Eneramo vəfat edib.
İdmanTəmkin Xəlilzadə ulduzlarla eyni komandada çıxış edəcək
Futbol üzrə Azərbaycan milli komandasının sabiq oyunçusu Təmkin Xəlilzadə karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır.
İdmanİtaliya DÇ-2026-ya İranın yerinə gedə bilərmi? - Donald Trampın CAVABI
ABŞ Prezidenti Donald Tramp 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ) İran yığmasının İtaliya millisi ilə əvəzlənməsi ehtimalı ilə bağlı verilən sualı cavablandırıb.