
Türkiyə URAN haubitsasını "SAHA 2026"da ilk dəfə təqdim etdi
Türkiyənin yeni istehsalı olan 105 mm-lik URAN özüyeriyən haubitsası ilk dəfə "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi nümayiş etdirilib.
Türkiyənin yeni istehsalı olan 105 mm-lik URAN özüyeriyən haubitsası ilk dəfə "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi nümayiş etdirilib.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu hərbi texnika BORAN haubitsasından əldə olunan mühəndislik bilik və təcrübəsi əsasında ərsəyə gətirilib.
Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olduqdan sonra qısa müddətdə ixrac uğuru qazanan və 2024-cü ildə Banqladeşə tədarük edilən 105 mm-lik yüngül yedəkdə daşınan BORAN haubitsası bununla ölkə tarixində ilk haubitsa ixracı kimi qeydə alınıb.
105 mm-lik BORAN yüngül olması, qısa müddətdə atışa hazır vəziyyətə gətirilə bilməsi və hava platformaları ilə daşına bilməsi kimi xüsusiyyətləri sayəsində müasir əməliyyat mühitində effektivliyini sübut edib. Bu əməliyyat təcrübəsi, sistemin daha yüksək manevr qabiliyyəti və sürətli yerləşdirilmə tələblərinə cavab verəcək yeni bir həllin hazırlanmasına zəmin yaradıb.
Bu çərçivədə hazırlanan URAN özüyeriyən haubitsası BORAN-ın sübut olunmuş etibarlılığı və atəş gücünü 4×4 mobil platforma ilə birləşdirərək ən çətin ərazi və hava şəraitində artilleriya bölmələrinə sürət, çeviklik və yüksək atəş dəstəyini eyni sistemdə təqdim etməyi hədəfləyir.
MKE tərəfindən hazırlanmış idarəetmə sistemi ilə təchiz edilən 105 mm-lik URAN dəqiqədə 12 atəş aça və 18 kilometrədək məsafədə yerləşən hədəfləri uğurla məhv edə bilir.
Müasir döyüş meydanının "vur və mövqeyi dəyişdir" konsepsiyasına uyğun şəkildə layihələndirilən bu özüyeriyən haubitsa sistemi xüsusilə sürətli reaksiya tələb edən tapşırıqlar üçün mühüm üstünlüklər təmin edir.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər URAN özüyeriyən haubitsasını təqdim edərkən bildirib ki, bu silah həm Türkiyə Ordusu, həm də dost və müttəfiq ölkələrə veriləcək:
"Bu özüyeriyən haubitsaya dost və qardaş ölkələrdən çoxlu sifarişlər var. Biz onlara da hərbi texnikanı verəcəyik".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİstanbulda itkin düşən azərbaycanlı qadının meyiti tapıldı
İstanbulda Kadıköydən Beşiktaşa hərəkət edən sərnişin bərəsinə mindikdən sonra itkin düşən Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti tapılıb.
DünyaCNN-dən sensasion iddia: İsrail və ABŞ yeni əməliyyata hazırlaşır
İsrail ABŞ ilə birlikdə İrana qarşı yeni zərbələr endirmək imkanını nəzərdən keçirir.
DünyaTürkiyə qitələrarası hipersəs ballistik raketini təqdim etdi - VİDEO
Türkiyə rəsmi olaraq "Yıldırımhan" adlı ilk qitələrarası ballistik raketini ictimaiyyətə nümayiş etdirib. Bu hadisə ölkənin strateji gücünün və milli müdafiə sənayesinin inkişafında mühüm mərhələ hesab olunur.
DünyaBƏƏ səmasında gərgin anlar: Raketlər zərərsizləşdirilir
Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri İrandan buraxıldığı bildirilən raket və pilotsuz uçuş aparatlarının hücumlarını dəf edir.