Son dəqiqə
Zelenskidən ŞOK XƏBƏRDARLIQ: "Yaxın Şərq alovlanır, Ukrayna qış ərəfəsində enerji böhranı ilə üz-üzə qalacaq"Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilibPakistan ordusunun baş komandanı Tehrandadır - FOTOLivan iqtisadiyyatı çökmək riski ilə üz-üzədirAzərbaycan və Rusiya arasında avtomobillə yükdaşımalarının həcmi açıqlanıb - FOTOİlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Türkiyədə məktəblərə silahlı hücumla əlaqədar həbs dalğası: Saxlanılanlar arasında 6 uşaq da var
Türkiyədə məktəblərə silahlı hücumla əlaqədar həbs dalğası: Saxlanılanlar arasında 6 uşaq da var
Dünya

Türkiyədə məktəblərə silahlı hücumla əlaqədar həbs dalğası: Saxlanılanlar arasında 6 uşaq da var

Bu gün
11:15
0 baxış
Paylaş:

Şanlıurfada və Kahramanmaraşda məktəblərə silahlı hücumlardan sonra rəqəmsal platformalarda törədilən cinayətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılanlar arasında yetkinlik yaşına çatmayan 6 uşaq da var.

Şanlıurfada və Kahramanmaraşda məktəblərə silahlı hücumlardan sonra rəqəmsal platformalarda törədilən cinayətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılanlar arasında yetkinlik yaşına çatmayan 6 uşaq da var.

Gundem.today "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, cinayətləri və cinayətkarları təqdir edən, ictimai asayişə mənfi təsir göstərən məzmun və fəaliyyətlərlə bağlı paylaşımlar etdiyi müəyyən olunan 83 şəxs barəsində saxlanılma qərarı verilib və məhkəmə prosesi başlanılıb.

Bundan əlavə, 940 sosial media hesabına giriş bloklanıb, 93 "Telegram" qrupu bağlanılıb.

Qeyd olunur ki, şübhəli şəxslərlə bağlı hüquqi proseslər çoxşaxəli şəkildə həyata keçirilir.

Türkiyənin Şanlıurfa bölgəsində liseyə silahlı hücumla əlaqədar 16 şübhəli şəxs saxlanılıb.

Gundem.today xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, nəzarətə götürülən şəxslərə qarşı məhkəmə prosesi davam edir.

Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə baş verən insident zamanı 16 nəfər xəsarət alıb. Dünən isə Türkiyənin Kahramanmaraş şəhərində 8-ci sinif şagirdi məktəbə silahlı hücum edərək bir müəllimi və səkkiz şagirdi qətlə yetirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Şanlıurfa_silahlı_hücum#Türkiyə_məktəb_hücumu#liseyə_basqın#16_nəfər_saxlanıldı#Siverek_hadisəsi#Kahramanmaraş_məktəb_insidenti#şübhəli_şəxslər#cinayət_xəbərləri#təhsil_müəssisəsində_silahlı_olay

Oxşar Xəbərlər

Zelenskidən ŞOK XƏBƏRDARLIQ: "Yaxın Şərq alovlanır, Ukrayna qış ərəfəsində enerji böhranı ilə üz-üzə qalacaq"Dünya

Zelenskidən ŞOK XƏBƏRDARLIQ: "Yaxın Şərq alovlanır, Ukrayna qış ərəfəsində enerji böhranı ilə üz-üzə qalacaq"

Yaxın Şərqdə, xüsusən də İran ətrafında baş verən hərbi münaqişələr Ukraynanın qış mövsümünə hazırlıq prosesinə mənfi təsir edərək enerji təhlükələrini daha da artırıb.

Bu gün
15:160
Pakistan ordusunun baş komandanı Tehrandadır - FOTODünya

Pakistan ordusunun baş komandanı Tehrandadır - FOTO

Pakistan ordusunun baş komandanı Asim Munir ABŞ və İran arasındakı diplomatik prosesdə vasitəçi qismində Tehranda səfərdə olarkən, İran parlamentin sədri Məhəmməd Baqir Qalibafla bir araya gəlib.

Bu gün
15:040
Livan iqtisadiyyatı çökmək riski ilə üz-üzədirDünya

Livan iqtisadiyyatı çökmək riski ilə üz-üzədir

İsrail və "Hizbullah" qruplaşması arasında respublika ərazisindəki hərbi toqquşmalar yaya qədər davam edərsə, Livan iqtisadiyyatı fəlakətlə üzləşmək riski daşıyır.

Bu gün
15:000
Avropanın müdafiə xərclərinin idarə edilməsi uğrunda MÜBARİZƏ BAŞLAYIBDünya

Avropanın müdafiə xərclərinin idarə edilməsi uğrunda MÜBARİZƏ BAŞLAYIB

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Avropa İttifaqı (Aİ) Avropada artmaqda olan müdafiə xərclərinə rəhbərlik etmək hüququ uğrunda mübarizə aparır.

Bu gün
14:440