
Türkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.
Gundem.today bildirir ki, nazirliyin rəsmi sosial şəbəkə hesabından verilən məlumata görə, təlimlər aprelin 3-dən 9-dək davam edəcək.
Məlumata əsasən, təlimlərə Quru Qoşunları, Hərbi Hava Qüvvələri (HHQ), Hərbi Dəniz Qüvvələri (HDQ) ilə yanaşı, Sahil Mühafizəsindən ümumilikdə 15 000 hərbçi, 120 döyüş gəmisi və 50 hava gəmisi cəlb olunacaq.
Təlimlərin məqsədi Hərbi Dəniz Qüvvələri komandanlıqlarının operativ komandanlıq və idarəetmə effektivliyini qiymətləndirmək, həmçinin təlimlərdə iştirak edən bölmələrin əməliyyat hazırlığı səviyyəsini artırmaqdır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaƏfqanıstanda güclü zəlzələ: Ölənlər var
Əfqanıstanda baş verən 5.8 maqnitudalı zəlzələ faciəyə səbəb olub.
DünyaTürkiyəli nazir: "İki gəmimiz Hörmüz boğazından keçib"
"Türkiyəyə məxsus iki gəmi Hörmüz boğazından keçib".
Dünyaİran ABŞ-nin atəşkəs təklifini rədd etdi
İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib.
DünyaABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
Aprelin 3-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "A-10 Thunderbolt II" hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.