
Türkiyədən Yunanıstana sərt cavab
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Egey və Şərqi Aralıq dənizi ilə bağlı paylaşdığı bəzi xəritələrin hüquqi qüvvəsinin olmadığını bəyan edib.
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Egey və Şərqi Aralıq dənizi ilə bağlı paylaşdığı bəzi xəritələrin hüquqi qüvvəsinin olmadığını bəyan edib.
Gundem.today xəbər verir ki, bu barədə nazirlik Yunanıstanın Balıqçılıq Nəzarəti İdarəsinin rəsmi saytında yer alan xəritə və məhdudiyyətlərlə bağlı açıqlama yayıb.
Bildirilib ki, həmin xəritələrdə Yunanıstanın səlahiyyət zonasından kənarda qalan ərazilərdə balıqçılıq qadağaları tətbiq olunur və bu addımlar beynəlxalq hüquqa ziddir. Nazirlik qeyd edib ki, Türkiyə ilə Yunanıstan arasında mövcud olmayan "xəyali dəniz sərhədləri"ni əks etdirən bu xəritələr qəbuledilməzdir.
Açıqlamada vurğulanıb ki, Türkiyənin dəniz səlahiyyətlərini pozan belə xəritələr heç bir hüquqi qüvvəyə malik deyil və Yunanıstanın 6 dəniz mili sərhədindən kənarda tətbiq etdiyi məhdudiyyətlər Ankara tərəfindən qəbul olunmur.
Nazirlik, həmçinin Türkiyə balıqçılarının beynəlxalq hüquqa və tarixi hüquqlara əsaslanan fəaliyyətlərini qoruyacağını, bu sahədə hər hansı birtərəfli addımları qəbul etməyəcəyini bəyan edib.
Sonda iki ölkə arasında dialoqun əhəmiyyəti vurğulanaraq, məsələlərin beynəlxalq hüquq və yaxşı qonşuluq prinsipləri əsasında həllinin vacibliyi qeyd olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ ilə danışıqlar aparmaqdan İMTİNA ETDİ
"İran ABŞ silahlı qüvvələri dəniz blokadasını qaldırmayana qədər Vaşinqton ilə danışıqların ikinci raundunu keçirməyəcək".
DünyaGürcüstanın güc strukturlarında kadr dəyişiklikləri baş verib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin güc strukturlarında aparılacaq kadr dəyişiklikləri barədə məlumat verib.
DünyaGürcüstan XİN başçısına yeni vəzifə verildi
"Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili baş nazirin müavini təyin edilib".
DünyaZelenski: "Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində zədələnmiş "Drujba" neft kəmərinin təmir olunduğunu və onun yenidən fəaliyyətə başlaya biləcəyini açıqlayıb.