Son dəqiqə
Bakıda beynəlxalq kənd təsərrüfatı və qida sərgilərinə dair mətbuat konfransı keçirilib - FOTOEşqi Bağırov: "Məktəblərdə distant təhsilə keçid nəzərdə tutulmur""Neftçi" ilə matçda Medinadan tarixi göstəriciMəktəblərdə keçirilən monitorinqlərlə bağlı RƏSMİ AÇIQLAMA - FOTOAttestatlarla bağlı YENİLİKElçin Əmirbəyov Vatikanda Cənubi Qafqazda sülh məsələsini müzakirə edib - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan konfrans keçirilib
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan konfrans keçirilib
Digər

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan konfrans keçirilib

Bu gün
09:43
0 baxış
Paylaş:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Səməd Vurğun adına Sağlamlıq Mərkəzində "Təhlükəsiz əmək səmərəli fəaliyyətin əsasıdır" mövzusunda konfrans təşkil edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Səməd Vurğun adına Sağlamlıq Mərkəzində "Təhlükəsiz əmək səmərəli fəaliyyətin əsasıdır" mövzusunda konfrans təşkil edilib.

28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilən və dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar əməyin mühafizəsi vasitələrindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Jilber Hunqbonun əməyin mühafizəsi ilə bağlı videomüraciəti izlənilib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov əməyin mühafizəsinin işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin təmin olunması və insan kapitalının davamlı inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial inkişaf strategiyasına uyğun olaraq, əmək münasibətlərinin tənzimlənməsi istiqamətində sistemli yanaşma formalaşdırılıb. Hazırda həyata keçirilən ardıcıl islahatlar nəticəsində iş yerlərində təhlükəsizlik standartları daha da təkmilləşdirilir, layiqli əmək şəraiti yaradılır.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bu sahədə gördüyü işlər barədə də məlumat verilib. Bildirilib ki, 2025-ci il ərzində bu sahədə digər tədbirlərlə yanaşı, həmkarlar ittifaqları tərəfindən müəssisələrdə əməyin mühafizəsi üzrə 567 monitorinq aparılıb, aşkar olunan çatışmazlıqlarla bağlı müvafiq tövsiyələr verilib. Ötən il bu sahədə təşkil olunmuş 36 təlimdə 2400-dən çox işçi iştirak edib. Konfederasiya sədri çıxışında BƏT ilə əməkdaşlıq və qurumun ölkəmizdə ratifikasiya olunmuş "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" Konvensiyanın önəmini qeyd edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Konfederasiyanın Layiqli Əmək Səfiri Musa Quliyev ölkədə əməyin mühafizəsinə dair qanunvericilik bazasının müasir çağırışlara uyğun təkmilləşdirildiyini, normativ-hüquqi aktların işçilərin sağlamlığının qorunmasına və istehsalat risklərinin minimuma endirilməsinə xidmət etdiyini vurğulayıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu nəzərə çatdırıb, istehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması tədbirləri, iş yerlərində təhlükəsizlik standartlarının tətbiqi və nəzarət mexanizmləri barədə məlumat verib.

İslam Əməkdaşlıq Təşkilatı Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov və BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev əmək bazarında baş verən dəyişikliklər, rəqəmsallaşma və yeni istehsal modelləri fonunda preventiv və innovativ yanaşmalara diqqət çəkib, sosial dialoqun, eləcə də beynəlxalq əmək standartlarının tətbiqinin iş prosesində təhlükəsizliyin yüksəldilməsində rolunu qeyd ediblər.

Tədbir çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında sahibkarlar üçün əməyin təhlükəsizliyi və mühafizəsi sahəsində (IOSH) təlimlərin təşkilinə dair Anlaşma Memorandumu imzalanıb.

Konfransda əməyin mühafizəsi və bu istiqamətdə Azərbaycan həmkarlar ittifaqları tərəfindən görülən işlərdən bəhs edən videoçarx nümayiş olunub.

Sonda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən müəssisə və təşkilatlar mükafatlandırılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Beynəlxalq_Əmək_Təşkilatı#Azərbaycan_Həmkarlar_İttifaqları_Konfederasiyası_(AHİK)

Oxşar Xəbərlər

Azərbaycanın Enerji Sektorunun Liderlərindən Olan "Hilal Elektrik" 30 İllik Yubileyini Qeyd EdirDigər

Azərbaycanın Enerji Sektorunun Liderlərindən Olan "Hilal Elektrik" 30 İllik Yubileyini Qeyd Edir

Ölkənin energetika və sənaye təchizatı sahəsində fəaliyyət göstərən ən köklü şirkətlərindən biri olan "Hilal Elektrik" bu il fəaliyyətinin 30-cu ildönümünə qədəm qoyur. 1996-cı ildə Zikrullah Günaydın tərəfindən təsis edilən şirkət, ötən üç onillik ərzində Azərbaycanın elektrik infrastrukturu və kəsintisiz enerji təminatı sahəsində etibarlı tərəfdaşa çevrilib.

Bu gün
10:470
"Porsche" SUV model sırasını genişləndirirDigər

"Porsche" SUV model sırasını genişləndirir

İkonadan ilhamlanıb: yeni "Porsche Cayenne Coupe Electric":

Bu gün
16:060
"Urban Crew" "Lukoil Azərbaycan" QSC-nin Füzuli şəhərində keçirilən tədbirini innovativ yanaşma ilə həyata keçirdi - FOTODigər

"Urban Crew" "Lukoil Azərbaycan" QSC-nin Füzuli şəhərində keçirilən tədbirini innovativ yanaşma ilə həyata keçirdi - FOTO

Füzuli şəhərində 1 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimi baş tutub. "LUKOIL-Azərbaycan QSC"nin sifarişi ilə tədbirin konsepti və icrası "Urban Crew" şirkəti tərəfindən həyata keçirildi.

24 aprel 2026
17:500
MDU-da böyük azərbaycanlı yazıçı, alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan konfrans keçirilib - FOTODigər

MDU-da böyük azərbaycanlı yazıçı, alim Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunan konfrans keçirilib - FOTO

2026-cı ilin 24 aprel tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına və anadan olmasının 118-ci ildönümünə həsr olunmuş "Mir Cəlal Paşayev yaradıcılığı: Ədəbi-estetik düşüncə, milli kimlik və müasir interpretasiyalar" mövzusunda elmi-praktik konfrans keçirilib.

24 aprel 2026
16:500