Son dəqiqə
Ölkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏREIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yüksəldibABŞ-nin hücum helikopteri İran dronu ilə vurulub - İDDİA - VİDEOAğdamda məktəbli qız Bərdə sakini ilə qaçdıRusiyada partladılan avtomobildə Müdafiə Nazirliyinin idarə rəisi həlak olub - FOTO - VİDEOİsveçdə daimi yaşayış icazəsi ləğv edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Uşaqlar üçün hər gün böyüyən təhlükə - "Ekran vaxtı ilə bağlı psixoloji müraciətlər 4.7 dəfə artıb"
Uşaqlar üçün hər gün böyüyən təhlükə - "Ekran vaxtı ilə bağlı psixoloji müraciətlər 4.7 dəfə artıb"
Siyasət

Uşaqlar üçün hər gün böyüyən təhlükə - "Ekran vaxtı ilə bağlı psixoloji müraciətlər 4.7 dəfə artıb"

12:36
0 baxış
Paylaş:

16 yaşına çatmamış uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mövqeyini açıqlayıb.

16 yaşına çatmamış uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət qoyulmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mövqeyini açıqlayıb.

O, Gundem.today-a açıqlamasında bildirib ki, uşaqların rəqəmsal məkanda hüquqlarının qorunmasını təmin edən qanun layihəsinin geniş müzakirəyə çıxarılması mühüm hadisədir.

Z.Oruc qeyd edib ki, son illər Milli Məclis uşaqların rəqəmsal mühitdə zərərli informasiyalardan qorunmasına dair ardıcıl və sistemli qərarlar qəbul edib:

"Yeni qanun layihəsi həmin siyasətin davamı, eyni zamanda, keyfiyyətcə yeni mərhələsidir. Dünyada texnoloji inkişaf ən yüksək həddədir və rəqəmsal məkan fiziki reallığı əvəzləyib. Sosial şəbəkə platformaları alternativ yox, gerçək həyatın özüdür, fərqli dəyərlər sistemi aşılayır, bəzən isə həm böyükləri, həm də uşaqları qurbana çevirir".

Z.Orucun sözlərinə görə, Azərbaycanın bu istiqamətdə addım atması beynəlxalq təcrübəyə əsaslanır. O xatırladıb ki, Avstraliya, Fransa, İspaniya, Böyük Britaniya, ABŞ və Çin kimi ölkələr artıq uşaqların sosial mediadan istifadəsi ilə bağlı müxtəlif məhdudiyyətlər tətbiq ediblər.

Komitə sədri bildirib ki, dünyada və Azərbaycanda aparılan araşdırmalar problemin miqyasını açıq şəkildə göstərir:

"Ümumdünya Səhiyyə Təşkilatının 2023-cü il hesabatına görə, dünyada 13-17 yaş aralığında olan yeniyetmələrin 95 faizi aktiv sosial media istifadəçisidir. Yeniyetmələrin 35 faizi bir gündə orta hesabla beş saatdan çox vaxtını telefonda keçirir. Elmi araşdırmalar göstərir ki, sosial media alqoritmləri beyinin dopamin sistemini kazino mexanizmləri, siqaret və alkoqola bənzər şəkildə aktivləşdirir. Harvard Universitetinin elmi nəşrləri 11 876 uşağı əhatə edən tədqiqatda sosial media istifadəsinin artmasının depressiya simptomları ilə əlaqəli olduğunu təsdiqləyir".

O əlavə edib ki, İnterpolun 2023-cü il hesabatına əsasən, uşaqlara qarşı onlayn cinsi istismar hallarının 78 faizi sosial şəbəkə platformaları vasitəsilə həyata keçirilir.

Z.Oruc qeyd edib ki, Azərbaycanda da vəziyyət diqqət tələb edir:

"Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə apardığı sorğuya görə, ölkəmizdə 10-17 yaş aralığındakı uşaqların 89 faizi smartfon istifadəçisidir. Onların 76 faizi gündəlik olaraq sosial media platformalarına daxil olur. Gündəlik orta sosial media istifadə müddəti göstərilən yaş qrupunda 4 saat 12 dəqiqədir. Sosial şəbəkələrdən istifadənin təhsilə və psixoloji sağlamlığa mənfi təsirləri artıq statistikada da öz əksini tapir. Ölkəmizdə 12-15 yaş qrupundakı uşaqların 42 faizi saat 23:00-dan 02:00-a qədər olan vaxtı telefonda keçirir. Gecə sosial media aktivliyi həm yuxu çatışmazlığına, həm də dərs uğursuzluğuna birbaşa təsir göstərir. Respublika Uşaq Klinikasının statistikasına görə, 2022-25-ci illər arasında ekran vaxtı ilə bağlı psixoloji müraciətlər 4.7 dəfə artıb".

Deputatın sözlərinə görə, məhz bu səbəbdən qanun layihəsində sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur:

"Layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığını mühafizə etmək, müxtəlif cür sövq və təhrikedici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı (bullinq) təhdidlərdən qorumaq üçün uşaqların yetkinlik dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır. Uşaqların gələcəyi sosial şəbəkədən asılı olmamalıdır".

Komitə sədri vurğulayıb ki, layihə valideynlərin övladlarının rəqəmsal həyatı üzərində nəzarət imkanlarını da genişləndirəcək:

"16-18 yaş qrupu üçün isə tamamilə fərqli, daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilib. Bu yaş qrupundakı yeniyetmələr platformada hesab yarada bilərlər, lakin yalnız valideynlərinin razılığı ilə. Valideynlərə uşaqlarının rəqəmsal həyatı üzərindəki nəzarət hüququ qanuni formada verilir. Norma ailə institutu baxımından son dərəcə qiymətlidir".

Z.Oruc hesab edir ki, dəyişikliklər daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına xidmət edəcək:

"Platforma provayderləri yoxlama mexanizmlərini: bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını məcburi surətdə tətbiq etməli olacaqlar. 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilmir. Azərbaycanda biznes qurmaq istəyirsinizsə, uşaqlarımızın psixologiyasını istismar etməyə ixtiyarınız yoxdur".

Sonda Z.Oruc qanun layihəsinin məqsədinin uşaqları texnologiyadan uzaqlaşdırmaq olmadığını vurğulayıb:

"Biz 16 yaşından kiçik uşaqları rəqəmsallıqdan məhrum etmək deyil, onları sosial media alqoritmlərinin manipulyativ gücündən qorumaq istəyirik".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#sosial_şəbəkə#16_yaş_məhdudiyyəti#Zahid_Oruc#uşaqların_qorunması#Milli_Məclis#rəqəmsal_asılılıq#qanun_layihəsi#internet_təhlükəsizliyi#valideyn_nəzarəti#psixoloji_sağlamlıq.

Oxşar Xəbərlər

Fransanın ekoloji cinayətləri ifşa olundu - Bakı Təşəbbüs Qrupunun addımları nəticə verir - VİDEOSiyasət

Fransanın ekoloji cinayətləri ifşa olundu - Bakı Təşəbbüs Qrupunun addımları nəticə verir - VİDEO

Fransanın illərlə davam edən müstəmləkəçilik siyasətinin ən ağır nəticələrindən biri xlordekon qalmaqalı olub. Hazırda rəsmi Parisin dənizaşırı ərazilərdə yaratdığı bu ağır fəsadların aradan qaldırılması istiqamətində ilk addımlar atılır.

22:000
Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilibSiyasət

Azərbaycan Biznesinin İnkişafı Fonduna yeni səlahiyyət verilib

Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

20:020
Prezident qeyri-neft-qaz mallarının ixrac və daşıma xərcləri ilə bağlı Fərman imzalayıbSiyasət

Prezident qeyri-neft-qaz mallarının ixrac və daşıma xərcləri ilə bağlı Fərman imzalayıb

Prezident İlham Əliyev qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

19:580
"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilibSiyasət

"Azərbaycan Biznesinin İnkişafı Fondu"na yeni səlahiyyət verilib

Prezident İlham Əliyev sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

20:020