Son dəqiqə
Keçən il dövlət büdcəsinin xərcləri 38 milyard manatı keçib2025-ci ildə dövlət büdcəsindən ən böyük pay hara xərclənib?Ötən il əməkhaqqı və sosial ödənişlərə ayrılan vəsait artıbTramp ABŞ-nin ədliyyə naziri postuna Blanşın təsdiqlənməsini təklif etdiSosial müdafiə xərcləri bir ildə 400 milyon manatdan çox artıbAzov dənizində həlak olan iki soydaşımızın nəşi TAPILDI
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. "Üzə bilmirdi, kömək istədi": Araz çayında batan şagirdlə bağlı TƏFƏRRÜAT - VİDEO
"Üzə bilmirdi, kömək istədi": Araz çayında batan şagirdlə bağlı TƏFƏRRÜAT - VİDEO
Hadisə

"Üzə bilmirdi, kömək istədi": Araz çayında batan şagirdlə bağlı TƏFƏRRÜAT - VİDEO

01:00
0 baxış
Paylaş:

İmişlidə baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.

İmişlidə baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub.

Mərhumun qohumu Mehman Cəfərov hadisə ilə bağlı Baku TV-yə açıqlamasında bunları deyib:

"İmtahandan çıxıb evə gəlmişdi. Atası mağazada işləyir, onun yanına gedib, daha sonra isə bura (çaya) gəlib. Çimərkən boğulub. Yanındakı uşaq qışqıraraq kömək istəyib. Çayda suyun səviyyəsi çoxdur. Ehtimal ki, üzməyi bacarmayıb".

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupu cəlb olunub. Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

08 iyun, 22:24

Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdi Turan Mirişlinin axtarışları davam edir.

Gundem.today "Report"a istinadən xəbər verir ki, axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilib.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib. Turan Mirişli çaya düşərək batıb. Batan şəxsin axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri və katerlər cəlb olunub, axtarışlar davam etdirilir.

08 iyun, 11:22

Araz çayının İmişli rayonundan keçən hissəsində batan 11-ci sinif şagirdinin axtarışları davam etdirilir.

Gundem.today xəbər verir ki, bu ilin məzunu Turan Mirişlinin tapılması məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və katerləri cəlb edilib.

Hazırda ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Məhərrəm Əliyev

08 iyun, 01:36

İmişli rayonunda 11-ci sinif şagirdinin Araz çayında boğulması ilə nəticələnən hadisə baş verib.

Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Araz çayının İmişli rayonunun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb.

T.Mirişov çaya düşüb və boğulub. Hazırda axtarışlar davam etdirilir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Suda_(arxda#çayda#göldə#kanalda#dənizdə#okeanda)_boğulma_hadisəsi#İmişli_rayonu

Oxşar Xəbərlər

Bərdədə AĞIR QƏZA: Hərbçi öldüHadisə

Bərdədə AĞIR QƏZA: Hərbçi öldü

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

10:140
Sumqayıtda "Prius"un vurduğu piyadanın kimliyi məlum olduHadisə

Sumqayıtda "Prius"un vurduğu piyadanın kimliyi məlum oldu

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın kimliyi məlum olub.

10:020
Yevlaxda 91 yaşlı qadın faciəli şəkildə öldüHadisə

Yevlaxda 91 yaşlı qadın faciəli şəkildə öldü

Yevlaxda 91 yaşlı qadın faciəli şəkildə ölüb.

09:500
Bakıda şadlıq sarayının qarşısında kütləvi dava: Polis hərəkətə keçdi - FOTOHadisə

Bakıda şadlıq sarayının qarşısında kütləvi dava: Polis hərəkətə keçdi - FOTO

Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

01:380