Son dəqiqə
Başlıbel qətliamından 33 il ötürTürkiyə Superliqası: "Fənərbağça" öz meydanında sürpriz nəticəyə imza atdıBritaniya və Fransa Hörmüzdə təhlükəsizlik üzrə missiya yaratmaq qərarına gəliblərAzərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı - VİDEOMünaqişənin kəskinləşməsindən bəri Hörmüz boğazından ilk sərnişin gəmisi keçdiTrampdan İranla bağlı şok bəyanat: "Nüvə proqramı müddətsiz dayandırılacaq"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Vahan Kostanyan: "İrəvan və Bakı sülh müqaviləsinin imzalanması üçün çalışacaqlar"
Vahan Kostanyan: "İrəvan və Bakı sülh müqaviləsinin imzalanması üçün çalışacaqlar"
Siyasət

Vahan Kostanyan: "İrəvan və Bakı sülh müqaviləsinin imzalanması üçün çalışacaqlar"

Bu gün
21:42
0 baxış
Paylaş:

"Bakı və İrəvan arasında sülh müqaviləsi artıq razılaşdırılıb və Ermənistan tərəfi azərbaycanlı həmkarları ilə birgə onun imzalanması və yekun ratifikasiyası üzərində çalışacaq".

"Bakı və İrəvan arasında sülh müqaviləsi artıq razılaşdırılıb və Ermənistan tərəfi azərbaycanlı həmkarları ilə birgə onun imzalanması və yekun ratifikasiyası üzərində çalışacaq".

Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan azərbaycanlı jurnalistlərə bildirib.

"Ermənistan və Azərbaycan artıq sülh şəraitindədir. Sazişin imzalanması barədə isə bildiyiniz kimi, sənəd paraflanıb və azərbaycanlı həmkarlarımızla birlikdə onun imzalanması və yekun ratifikasiyası üzərində işləyəcəyik", - Kostanyan bildirib.

O əlavə edib ki, Ermənistan və Azərbaycan regionda kommunikasiyaların qarşılıqlı əsasda açılması ilə bağlı artıq siyasi öhdəlik götürüblər.

"Biz hazırda bu istiqamətdə işləyirik", - o qeyd edib.

İyunda keçiriləcək parlament seçkisindən danışan Kostanyan qeyd edib ki, bu, əslində, Ermənistanda sülh şəraitində keçiriləcək ilk seçkidir.

"Və mən hesab edirəm ki, Ermənistan xalqı sülh gündəliyini tamamilə dəstəkləyir", - o deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın Antalya Diplomatiya Forumunda iştirak etməməsi ilə bağlı sualı cavablandıran Kostanyan bunu ölkə daxilindəki siyasi vəziyyətlə izah edib.

"Ölkə daxilində kifayət qədər gərgin siyasi vəziyyət var və bu gün baş nazir parlamentin iclasında iştirak edib", - o bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Ermənistan#Ermənistan_XİN#Azərbaycan-Ermənistan_münasibətləri

Oxşar Xəbərlər

Başlıbel qətliamından 33 il ötürSiyasət

Başlıbel qətliamından 33 il ötür

Bu gün Başlıbel faciəsinin ildönümüdür.

Bu gün
00:010
"Haber Global" İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatını açıqlayıb - VİDEOSiyasət

"Haber Global" İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün təfərrüatını açıqlayıb - VİDEO

"Türkiyə ilə Azərbaycan arasında ticarət, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığı dərinləşdirməyə, əlaqələrimizi daha yüksək səviyyələrə çatdırmaq əzmindəyik".

Bu gün
22:480
Kostanyan: "Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub"Siyasət

Kostanyan: "Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub"

"Bakı və İrəvan müzakirələr aparıb, hər iki ölkədən hansı malların ixrac edilə biləcəyi barədə ilkin razılaşmalar əldə olunub".

Bu gün
21:240
Kostanyan: "Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir"Siyasət

Kostanyan: "Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir"

"Ermənistan Azərbaycan və Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisi və enerji resurslarının tədarükü üçün tranzit habı olmaq istəyir".

Bu gün
21:180