
Vandalizm aktına məruz qalan Nizami Kino Mərkəzi üçün boya sifariş edildi - FOTO
Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarlarında qraffiti adı altında edilən cızma-qaraların aradan qaldırılması və tarixi binanın əvvəlki görkəminin bərpası istiqamətində işlərə başlanılıb.
Bakının mərkəzində yerləşən Nizami Kino Mərkəzinin divarlarında qraffiti adı altında edilən cızma-qaraların aradan qaldırılması və tarixi binanın əvvəlki görkəminin bərpası istiqamətində işlərə başlanılıb.
Bu barədə Gundem.today-ın sorğusuna cavab olaraq Bakı Abadlıq Xidmətindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən tapşırığa əsasən hazırda qurumun mütəxəssisləri əraziyə cəlb olunublar və bərpa prosesi aktiv şəkildə davam edir.
Qeyd olunub ki, yazılar olan hissələrdə divarların zədələnmiş üst qatı səliqə ilə sökülüb, binanın orijinal rənginə uyğun boya çaları müəyyənləşdirilərək sifariş edilib:
"Hazırda divara vurulan ağ rəng görənləri çaşdırmasın. Yaxın günlərdə orijinal rəng sifarişlə gələcək və məhz həmin rənglə binanın əvvəlki estetik görünüşü tam bərpa olunacaq. Bu cür obyektlər ümumi memarlıq irsinin bir hissəsi olmaqla yanaşı, Bakının tarixinin də ayrılmaz parçasıdır. Tarix isə kənar müdaxilələrdən qorunmalı, gələcək nəsillərə əmanət edilməlidir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətVado Korovin vəzifəsindən gedib? - AÇIQLAMA
Bu gün bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə "Space" televiziyasının baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, direktor bu gün bütün departament rəhbərləri ilə vidalaşıb.
CəmiyyətAzərbaycan Dillər Universitetinin doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib.
CəmiyyətSon günlər yolları sıradan çıxaran səbəb nədir? - VİDEO
Son günlər yağan intensiv yağışlardan sonra paytaxtın bir çox hissəsində, xüsusilə, kənd və qəsəbələrdə, eləcə də yollarda iri çalalar və dərin quyular əmələ gəlib.
Cəmiyyətİdman qidası, yoxsa kimyəvi risk? - Mütəxəssislərdən XƏBƏRDARLIQ - VİDEO
Son illər idman zallarına maraq artdıqca, paralel olaraq əsasən idmançıların istifadə etdiyi qida əlavələrinə də tələbat nəzərəçarpacaq dərəcədə yüksəlib.