
Vens: "Vaşinqton Kiyevin ABŞ və Macarıstandakı seçkilərə müdaxilə cəhdlərindən xəbərdardır"
"Amerika Birləşmiş Ştatları Ukrayna xüsusi xidmət orqanlarının ABŞ və Macarıstanda seçki proseslərinə müdaxilə etmək cəhdləri barədə məlumatlıdır".
"Amerika Birləşmiş Ştatları Ukrayna xüsusi xidmət orqanlarının ABŞ və Macarıstanda seçki proseslərinə müdaxilə etmək cəhdləri barədə məlumatlıdır".
Gundem.today TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Budapeştdə baş tutan mətbuat konfransı zamanı bildirib.
"Bizə dəqiq məlumdur ki, Ukrayna xüsusi xidmət orqanlarının daxilində həm ABŞ, həm də Macarıstan seçkilərinə təsir göstərməyə çalışan müəyyən elementlər mövcuddur. Onlar sadəcə olaraq bu cür fəaliyyətlə məşğuldurlar. Bu, onların sistemindəki bəzi elementlərlə işləməyin fəsadlarının bir hissəsidir. Mən özümə daim xatırlatmağa çalışıram ki, Ukrayna da ABŞ kimi olduqca mürəkkəb bir dövlətdir. Orada həm yaxşı, həm də pis insanlar var", - deyə siyasətçi vurğulayıb.
Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Budapeştdə səfərdədir. Diplomat "Facebook"da yayımladığı videomüraciətdə bu səfəri Budapeşt və Vaşinqton arasında münasibətlərdə "qızıl dövrün" başlanğıcı kimi qiymətləndirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-nin İrana qarşı müharibəsi neçəyə başa gəldi? - Fantastik rəqəmlər AÇIQLANDI
Ekspertlərin hesablamalarına görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərcləri təxminən 30 milyard dollar təşkil edib.
DünyaDağıstandakı daşqınlar nəticəsində altı nəfər ölüb
"Dağıstandakı daşqınlar nəticəsində altı nəfər ölüb, 200-dən çox insan xilas edilib".
DünyaKİV: İran Fransanın iki vətəndaşını azad etdi
İran hakimiyyəti 2022-ci ildə casusluq şübhəsi ilə saxlanılan Fransa vətəndaşları Sesil Koler və Jak Parini Parisin Tehrana qarşı iddiasını BMT-nin Beynəlxalq Ədalət Məhkəməsindən geri götürməsinə cavab olaraq azad edib.
Dünyaİstanbulda İsrail konsulluğuna silahlı hücumla əlaqəli daha iki nəfər saxlanıldı
İstanbulun Beşiktaş rayonunun Levent məhəlləsində yerləşən İsrail baş konsulluğuna silahlı hücumla bağlı aparılan təhqiqat çərçivəsində daha iki nəfər saxlanılıb.