
Vensan Kassel Napoleon Bonapartı canlandıracaq - VİDEO
Fransız aktyor Vensan Kassel "Valor Mortis" videooyununda Napoleon Bonapart obrazını canlandıracaq. Layihə birinci şəxs baxış bucağında təqdim olunan Soulslike janrında hazırlanıb.
Fransız aktyor Vensan Kassel "Valor Mortis" videooyununda Napoleon Bonapart obrazını canlandıracaq. Layihə birinci şəxs baxış bucağında təqdim olunan Soulslike janrında hazırlanıb.
Gundem.today xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
İyunun 8-də keçirilən "Xbox Games Showcase" tədbiri çərçivəsində oyunun ilk treyleri nümayiş olunub. Videoda Vensan Kassel ilk dəfə Napoleon obrazında görünür.
Çarx zamanı imperator baş qəhrəman Uilyamı yeni qazandığı qabiliyyətlərlə bağlı xəbərdar edir və oyunçulara belə bir sual ünvanlayır:
"İmperatorunuz naminə nəyi qurban verməyə hazırsınız?"
Oyunda hadisələr XIX əsr Avropasının fövqəltəbii elementlərlə zəngin alternativ versiyasında cərəyan edir. Oyunçular Böyük Ordunun Uilyam adlı dirildilmiş əsgərini idarə edəcəklər. Qəhrəman həm Napoleon dövrünə aid real silahlardan, həm də dağıdıcı fövqəltəbii qüvvələrdən istifadə edə biləcək.
"Valor Mortis"in satışa çıxarılması sentyabrın 24-nə planlaşdırılıb. Oyun "PlayStation 5", "Xbox Series S", "Xbox Series X" və PC üçün "Steam" platformasında əlçatan olacaq. Layihə, həmçinin "Xbox Game Pass" abunə xidmətinə də əlavə ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznes"Xaç atası" filminin aktyoru vəfat etdi
Amerikalı aktyor Entoni Quidera 62 yaşında vəfat edib.
Şou-biznesFransada məşhur müğənni saxlanılıb: 13 qadın onu seksual zorakılıqda ittiham edir
Fransanın tanınmış müğənnisi və aktyoru Patrik Bryuel polis tərəfindən saxlanılıb.
Şou-biznesBritni Spirs və Dua Lipanın mahnılarının müəllifi qətlə yetirildi
Londonun şərqində Britni Spirs və Dua Lipa kimi ulduzlarla çalışmış 30 yaşlı bəstəkar Talay Rayli bıçaqlanaraq öldürülüb. Polis qətl hadisəsi ilə bağlı şahidlərin axtarışını davam etdirir.
Şou-biznesMəşhur amerikalı müğənninin sərvəti iki milyard dollara çatdı
Amerikalı müğənni Teylor Sviftin sərvəti iki milyard dollara çatıb.