
"Vest Hem"in sabiq sədrinə qarşı zorlama ittihamları
"Vest Hem" klubunun keçmiş sədri və ən böyük səhmdarı Devid Sallivan bir neçə qadın tərəfindən cinsi qısnama və istismarda ittiham olunub.
"Vest Hem" klubunun keçmiş sədri və ən böyük səhmdarı Devid Sallivan bir neçə qadın tərəfindən cinsi qısnama və istismarda ittiham olunub.
Gundem.today bu barədə BBC-yə istinadən xəbər verir.
Məlumata görə, Sallivan iyunun 7-də onun barəsində irəli sürülən seksual xarakterli ittihamlarla bağlı materialın dərcinə hazırlıq fonunda istefa verdiyini açıqlayıb.
İyunun 8-də BBC və "The Times" birgə araşdırma yayımlayıblar. Araşdırma 1980-ci illərdən başlayaraq bir neçə onilliyi əhatə edir. Materialda Sallivana məxsus qəzetlərdə iş axtaran və həmin dövrdə 15-20 yaşlarında olan yeddi qadının ifadələrinə yer verilib.
Qadınlar iş adamını cinsi istismar, eləcə də işgüzar görüşlər zamanı intim münasibətlərə məcbur etməkdə ittiham ediblər. İddialara görə, Sallivan onlara karyera yüksəlişi vəd edərək intim münasibət tələb edib.
Bildirilir ki, 1980-1990-cı illərdə Sallivan model biznesində karyera qurmaq istəyən gənc qadınlar üzərində böyük nüfuza malik olub. Araşdırmada adı dəyişdirilmiş Florens adlı qadın bildirib ki, Sallivanın evində keçirilən işgüzar görüş zamanı ona qəzetinin "daimi qızlarından" biri olmağı vəd edib və bunun qarşılığında intim münasibət təklif edib.
Florensin sözlərinə görə, sonradan 20 yaşı olarkən Sallivan onu yataq otağına apararaq cinsi əlaqədə olub.
Daha iki qadın isə model karyeralarına zərər gəlməməsi üçün Sallivanla intim münasibətə razı olmaq məcburiyyətində qaldıqlarını bildirərək onu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham ediblər.
Qeyd olunub ki, iddiaların bir qismi gündəlik qeydlər, polis materialları, həmçinin qadınların dostları və ailə üzvləri ilə aparılmış müsahibələr əsasında dəstəklənir.
Bundan əlavə, səkkiz qadının Sallivanın davranışları ilə bağlı polisə müraciət etdiyi bildirilsə də, ona qarşı indiyədək rəsmi ittiham irəli sürülməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAzərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün San Marino yığması ilə ikinci yoldaşlıq oyununa çıxacaq. Matç saat 22:00-da başlayır.
İdmanKriştianu Ronaldu Portuqaliya prezidentinə forma hədiyyə etdi - FOTO
Futbol üzrə Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldu ölkə Prezidenti Antoniu Joze Sequruya siyasətçinin soyadı və 2026 rəqəmi əks olunmuş yığma forması hədiyyə edib.
İdmanFutbolun "qızıl kitabı": Dünya çempionatlarının UNUDULMAZ REKORDLARI
2026-cı ildə keçiriləcək mundialla birlikdə futbol üzrə dünya çempionatlarının sayı 23-ə çatacaq. Planetin ən mötəbər futbol turniri təkcə çempionları ilə deyil, həm də illərdir dəyişməyən və yenilənən rekordları ilə diqqət çəkir.
İdmanİtaliya futbolunun əfsanəsi Nesta "Avellino"ya baş məşqçi təyin edildi
İtaliya millisinin heyətində dünya çempionu olmuş, "Milan"la UEFA Çempionlar Liqasının ikiqat qalibi Alessandro Nesta "Avellino" klubunun baş məşqçisi təyin edilib.