Son dəqiqə
"Baku Electronics"də möhtəşəm "Dəli-Dolu təkliflər" kampaniyası başlayırÇoxuşaqlı qadınlara sosial müavinətin təyin edilməsi ilə bağlı YENİLİKPaşinyan yenə Rusiyaya gedəcəkBir imza min mübahisənin qarşısını ala bilər - Nikah müqaviləsinin GÖRÜNMƏYƏN ROLUYaxın Şərqdəki gərginliyin neft ixracına vurduğu zərbə - FOTOGəlinini qətlə yetirən şəxsə AĞIR CƏZA verildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşüb - FOTO
Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşüb - FOTO
Siyasət

Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşüb - FOTO

Bu gün
15:39
0 baxış
Paylaş:

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 9-da nazir Mustafa Çiftçi və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər xiyabanındakı "Əbədi məşəl" kompleksini və Türk Şəhidliyini ziyarət ediblər.

Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov türkiyəli həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə M.Çiftçini təbrik edib, dəvətini qəbul edərək rəsmi səfərə gəldiyinə görə təşəkkürünü bildirib.

O, iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayaraq rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq-mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv inkişafına daim önəm verdiyini qeyd edib. Bu əlaqələrin ilk növbədə qarşılıqlı hüquqi yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığı nəzərə çatdırılıb.

Nazir Azərbaycan polisinin və DİN-in Daxili Qoşunlarının respublikada ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə əldə etdiyi müsbət nəticələri də diqqətə çatdıraraq fəaliyyətin təkmilləşdirilməsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin xüsusi rolunu və xidmətlərini məmnunluqla vurğulayıb, Mustafa Çiftçinin şəxsində Türkiyə Daxili İşlər Nazirliyinin, o cümlədən Jandarm Qüvvələrinin rəhbərliyinə təşəkkür edib.

V.Eyvazov Mustafa Çiftçinin Azərbaycana ilk rəsmi səfərinin əlaqələrimizin inkişafına və dərinləşməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib.

Səmimi qəbula, ətraflı məlumata və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri respublikamıza səfərindən, dost və qardaş ölkələrimizin bölgədə əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən, Bakının dünyanın ən gözəl paytaxtlarından və təhlükəsiz şəhərlərindən biri olmasından məmnunluğunu ifadə edib.

O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, əlaqələrin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün iştirak edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Vilayət_Eyvazov#Mustafa_Çiftçi#daxili_işlər_naziri#Azərbaycan_və_Türkiyə_əməkdaşlığı#DİN#hüquq-mühafizə_orqanları#rəsmi_görüş#Birol_Akgün#təhlükəsizlik#təcrübə_mübadiləsi

Oxşar Xəbərlər

Çoxuşaqlı qadınlara sosial müavinətin təyin edilməsi ilə bağlı YENİLİKSiyasət

Çoxuşaqlı qadınlara sosial müavinətin təyin edilməsi ilə bağlı YENİLİK

Beşdən çox uşağı olan qadınlara aylıq sosial müavinətin təyin edilməsinə görə arayışın verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir.

Bu gün
16:320
TDT-yə üzv dövlətlərin parlamentlərarası dostluq qrupları ilk dəfə bir araya gələcəklər - FOTOSiyasət

TDT-yə üzv dövlətlərin parlamentlərarası dostluq qrupları ilk dəfə bir araya gələcəklər - FOTO

"Təklif edirik ki, növbəti iclaslarımızda konkret mövzu ortaya qoyaq və toplantılara müxtəlif sahələr üzrə mütəxəssisləri çağıraraq müzakirələr aparaq".

Bu gün
16:190
İmtahan qalmaqalları böyüyür: Qəbul sistemi abituriyentləri xaricdə təhsilə yönəldir? - VİDEOSiyasət

İmtahan qalmaqalları böyüyür: Qəbul sistemi abituriyentləri xaricdə təhsilə yönəldir? - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişində 5 aprel buraxılış imtahanındakı suallarla bağlı şikayətlər, imtahansız xaricdə təhsilin riskləri və ali təhsil sisteminin yenilənməməsi səbəbləri ekspertlərlə müzakirə edilib.

Bu gün
16:040
Azərbaycan əlillik arayışı ilə bağlı YENİ QAYDASiyasət

Azərbaycan əlillik arayışı ilə bağlı YENİ QAYDA

Əlillik arayışının verilmə qaydası dəyişir.

Bu gün
15:450