
WUF13-də iştirak etmək üçün necə qeydiyyatdan keçmək olar? - VİDEO
17-22 may 2026-cı il tarixlərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində açılış mərasimi mayın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
17-22 may 2026-cı il tarixlərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində açılış mərasimi mayın 18-də Bakı Olimpiya Stadionunda baş tutacaq.
Gundem.today xəbər verir ki, tədbirdə iştirak etməsi məqsədəuyğun hesab edilən şəxslərə forumda qeydiyyatdan keçərək açılış mərasimində iştirak etmələri ilə bağlı müraciət ünvanlanıb.
Forumun proqramı və qeydiyyat üçün müvafiq keçidlər iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, qeydiyyat prosesini izah edən videomaterial da əlavə olunub.
Vurğulanıb ki, açılış mərasiminin vaxtında dəyişikliklərin ola biləcəyi nəzərə alınaraq forum proqramının mütəmadi izlənilməsi tövsiyə edilir.
Həmçinin qeyd edilib ki, qeydiyyat təsdiqinə dair QR-kod əldə edildikdən sonra Bakı Olimpiya Stadionuna giriş üçün stadion ərazisində fəaliyyət göstərəcək "Qeydiyyat pavilyonu"nda iştirakçılara müvafiq vəsiqələr təqdim olunacaq. Bu səbəbdən qeydiyyat zamanı istifadə olunan şəxsiyyət vəsiqələrinin iştirakçıların üzərində olması vacibdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXaçmazdakı yaşayış məhəlləsində yaranan ANTİSANİTAR vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO - VİDEO
"Xaçmaz rayonunun "61-ci məhəllə" adlanan ərazisində meydana çıxan antisanitar vəziyyət tamamilə aradan qaldırılıb".
CəmiyyətUNEC-in əməkdaşı 55 yaşında VƏFAT ETDİ - FOTO
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı Leyla Mustafazadə vəfat edib.
CəmiyyətAzadlıq prospektindəki nişan sürücüləri ÇAŞDIRDI: "Giriş qadağandır, yoxsa?.." - FOTO
Bakının Azadlıq prospekti ilə Qulu Quliyev küçəsinin kəsişməsində quraşdırılan yol nişanı sürücülərin çaşqınlığına səbəb olub.
CəmiyyətBakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR - Dairəvi dəmir yolu xəttində 40 dayanacaq olacaq - VİDEO
"Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Bakıətrafı ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə bir sıra layihələrin icrası həyata keçiriləcək.