
WUF13 və AFFA-nın birgə seminarı keçirilib
Aprelin 23-də WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əməkdaşlığı çərçivəsində "Futbol təşkilatçılığı sahəsində tədbirlərin davamlı idarə edilməsi" mövzusunda seminar təşkil olunub.
Aprelin 23-də WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) əməkdaşlığı çərçivəsində "Futbol təşkilatçılığı sahəsində tədbirlərin davamlı idarə edilməsi" mövzusunda seminar təşkil olunub.
Gundem.today xəbər verir ki, seminarda AFFA işçi heyəti, eləcə də Peşəkar Futbol Liqası (PFL), Futbolun İnkişafı Fondu (FİF), Misli Premyer Liqası və I Liqa klublarının nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən AFFA-nın baş katibinin müavini Kamran Vəliyev 17-22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçiriləcəyini diqqətə çatdırıb. O vurğulayıb ki, forum davamlı inkişaf, inklüzivlik və müasir idarəetmə prinsiplərinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biridir:
"Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi həm böyük məsuliyyət yaradır, həm də beynəlxalq standartların müxtəlif sahələrdə, o cümlədən futbolda tətbiqi üçün geniş imkanlar açır. Bu istiqamətdə WUF13 Azərbaycan Əməliyyat Şirkəti rəhbərliyi ilə birgə mühüm addımlar atmışıq. Əsas məqsədimiz yalnız futbolun inkişafı deyil, eyni zamanda ətraf mühitə, cəmiyyətə və gələcək nəsillərə qarşı məsuliyyətli yanaşmanı təşviq edən dayanıqlı futbol mühitinin formalaşdırılmasıdır."
Daha sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva çıxış edərək idmanın şəhərlərin inkişafında və şəhərsalma planlamasına inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, idman inklüzivliyi təşviq edən, sağlam həyat tərzini dəstəkləyən və yaşayış məskənlərinin dayanıqlığını gücləndirən əsas şəhər xidmətlərindən biridir.
AZS ISO 20121:2026 dövlət standartının tətbiqi ölkədə keçirilən tədbirlərin dayanıqlılıq prinsiplərinə uyğun şəkildə planlaşdırılması və idarə olunması üçün zəruri institusional çərçivə yaradır. Bu yanaşma nəticə etibarilə həm şəhər ekosisteminə ekoloji baxımdan müsbət təsir göstərəcək, həm də tədbir sənayesində yeni bir mədəniyyətin yaranmasına əhəmiyyətli töhfə verəcək.
WUF13 tədbiri ekoloji və inklüziv prinsiplərə əsaslanaraq təşkil olunacaq. Tədbirin mövcud infrastrukturdan istifadə olunaraq Bakı Olimpiya Stadionunda (BOS) təşkili və resursların daha səmərəli istifadəsi əsas istiqamətlərdəndir.
Seminar çərçivəsində, həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun üzrə şöbə müdiri Cəmilə İsmayılzadə, Koordinasiya üzrə baş inzibatçısı Əfqan Mehtiyev, Təşkilati inkişaf və insan kapitalı üzrə baş inzibatçısı Tural Məmmədov, "EY Azərbaycan" şirkətinin İqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə məsləhət xidmətləri üzrə baş meneceri Mirzə Əliyev və baş mütəxəssisi Nərgiz Əhmədzadə çıxış edərək mövzu üzrə təqdimatlar etmiş və tədbirin önəmindən bəhs ediblər.
Çıxışlar zamanı "İdmanın şəhər planlamasına inteqrasiyası", "Futbol turnirlərində dayanıqlılıq və hesabatlılığın rolu", "Tədbirin uğurla keçirilməsi üçün planlaşdırma, icra və risklərin idarə olunması" kimi mövzular barədə ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSumqayıtda Ailə Sağlamlıq Mərkəzinin binası vətəndaşlar üçün təhlükə yaradır? - Sakinlərdən ŞİKAYƏT
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 1 saylı Ailə Sağlamlıq Mərkəzinin (ASM) binası yararsız vəziyyətə düşüb.
CəmiyyətAbşeronda 19 cinayətin üstü açılıb, 17 nəfər saxlanılıb - VİDEO
Abşeron Rayon Polis İdarəsi (RPİ) ərazi polis bölmələrinin əməkdaşları ilə birgə hüquqpozmalara qarşı növbəti əməliyyat və profilaktik tədbirlər keçirib.
CəmiyyətPA-nın Vətəndaş Qəbulu Mərkəzində may ayı üçün qəbul cədvəli açıqlanıb
Azərbaycan Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2026-ci ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.
CəmiyyətBəzən yollar niyə təhlükəli "oyun meydanı"na çevrilir? - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Şəfayət Mehdiyev küçəsində yol hərəkətinin təşkili ilə bağlı problemlərə diqqət çəkilib.