Son dəqiqə
Ukraynaya ayrılan yardımla bağlı yenilik - Aİ Kiyevə nə ilə bağlı icazə verdi?Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək - FOTOMay ayında 35 dərəcə isti olacaq"Park Yasamal"da ipoteka imkanı ilə hazır mənzillər - "Kristal"69 minlik dələduzluqda ittiham olunan qadın direktor Türkiyədən ekstradisiya edildiGömrükdə yeni MƏHDUDİYYƏTLƏR: Malların saxlanma müddəti AZALDILIR
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Xaçmaz yolunun bir hissəsi UÇUB: Təmir nə vaxt başlayacaq? - FOTO - VİDEO
Xaçmaz yolunun bir hissəsi UÇUB: Təmir nə vaxt başlayacaq? - FOTO - VİDEO
Cəmiyyət

Xaçmaz yolunun bir hissəsi UÇUB: Təmir nə vaxt başlayacaq? - FOTO - VİDEO

Bu gün
13:40
0 baxış
Paylaş:

Xaçmaz-Xudat-Yalama avtomobil yolunun yararsız vəziyyətə düşməsi yerli sakinlərin narazılığına səbəb olub.

Xaçmaz-Xudat-Yalama avtomobil yolunun yararsız vəziyyətə düşməsi yerli sakinlərin narazılığına səbəb olub.

Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.

Bildirilir ki, təxminən bir aya yaxındır sel sularının yuyaraq sıradan çıxardığı yolda heç bir təmir-bərpa işləri aparılmayıb. Nəticədə sakinlər alternativ yollardan istifadə etməyə məcbur qalırlar ki, bu da məsafənin uzanmasına və əlavə vaxt itkisinə səbəb olur.

Məsələ ilə bağlı Gundem.today-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində yolun müəyyən hissəsində çökmə qeydə alındığı üçün nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb, alternativ olaraq isə qəsəbədaxili müvəqqəti yol təşkil edilib.

A.Nəcəfli qeyd edib ki, artıq məsələ ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. O əlavə edib ki, güclü yağıntılar təkcə paytaxtda deyil, bölgələrdə də avtomobil yollarına ciddi ziyan vurub.

"Artıq bununla bağlı ölkə başçısı tərəfindən müvafiq sərəncam imzalanıb. Həmin sənəddə Xaçmaz-Xudat-Yalama avtomobil yolunun zərər görmüş hissəsinin bərpası da nəzərdə tutulur. Yaxın günlərdə sərəncama uyğun olaraq ərazidə bərpa işlərinə başlanılacaq", - deyə o vurğulayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Yol_problemi#Xaçmaz_rayonu

Oxşar Xəbərlər

Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək - FOTOCəmiyyət

Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək - FOTO

"Azərbaycan - İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək".

Bu gün
15:000
May ayında 35 dərəcə isti olacaqCəmiyyət

May ayında 35 dərəcə isti olacaq

May ayına olan hava proqnozu açıqlanıb.

Bu gün
14:570
Sabirabadda iki kəndi birləşdirən körpü su altında qaldıCəmiyyət

Sabirabadda iki kəndi birləşdirən körpü su altında qaldı

Kür çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində Sabirabadda Ulacalı və Quruzma kəndlərini birləşdirən ponton körpü su altında qalıb.

Bu gün
14:440
ADY-də yeni şöbə müdiri təyin edildi - FOTOCəmiyyət

ADY-də yeni şöbə müdiri təyin edildi - FOTO

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat olub.

Bu gün
14:280