
Xalq artisti Həmidə Ömərovanın doğum günüdür - VİDEO
Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.
Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.
Gundem.today xatırladır ki, aktrisa Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub.
1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.
1979-1993-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.
Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajında və səsləndirilməsində iştirak edib.
Kino haqqında "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarının müəllifidir.
1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalı verilişinin aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olub.
Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsüdür.
Həmidə Ömərova "Şəfiqə" ("Qızıl uçurum" filmində), "Zümrüd" ("Yol əhvalatı"), "Zeynəb" ("Babamızın babasının babası"), "Telli" ("Qorxma, mən səninləyəm"), "Afaq" ("Nizami"), "Nazlı" ("Şirbalanın məhəbbəti"), "Zivər" ("Doğma sahillər") və s. obrazlar yaradıb.
1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artisti", 2005-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətHeydər Əliyevin dövlətçilik və diplomatiya təcrübəsi ilə bağlı kitab işıq üzü görüb - VİDEO
Tanınmış jurnalist Aslan Aslanovun "Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri" kitabı nəşr edilib.
Mədəniyyət"Şofer Əhməd"in DOĞUM GÜNÜDÜR
24 aprel Əməkdar artist Elxan Qasımovun doğum günüdür.
Mədəniyyət"Azərbaycanfilm"də QALMAQAL: "Mənə heç kim "get, otur evdə" deməyib" - FOTO
"Mənə heç kim "pensiyaçı adamsan, get, otur evdə" deməyib və mən də belə bir fikir səsləndirməmişəm".
Mədəniyyət"Azərbaycanfilm"də QALMAQAL: Tanınmış qrim ustası otağından çıxarılıb? - FOTO
Əməkdar incəsənət xadimi, tanınmış qrim ustası Elbrus Vahidovun "Azərbaycanfilm" studiyasınıdakı otağından çıxarıldığı, qrim masasının sındırıldığı iddia olunub.