Son dəqiqə
Həftənin ilk iş günü Bakıda 19 dərəcə isti olacaq - PROQNOZAzərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilibKuklalara ruh verən sənətkar: Sadə materiallardan möcüzə yaradır - FOTOREPORTAJİran ABŞ-yə bir ay ərzində üç məsələni həll etməyi təklif edibİyirmi doqquz mindən çox şagird və abituriyent Azərbaycan dili fənni üzrə imtahan veribİlham Əliyev polşalı həmkarı Karol Navrotskini təbrik edib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Xalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür - VİDEO
Xalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür - VİDEO
Mədəniyyət

Xalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür - VİDEO

30 aprel 2026
10:52
0 baxış
Paylaş:

Bu gün Xalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür.

Bu gün Xalq artisti, tarzən Ramiz Quliyevin doğum günüdür.

Gundem.today xatırladır ki, o, 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, 1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. 1964-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

Ağdam musiqi məktəbi illərində "Şur" xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda, 1961-ci ildə Moskvada keçirilən "Xalq təsərrüfatı nailiyyətləri sərgisində" iştirak edib, medal və fəxri fərmanlarla təltif olunub. Rayon pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub.

1963-1964-cü illərdə Ağdam 1 saylı, 1965-1974-cü illərdə Bakı 1 və 20 saylı musiqi məktəblərində, 1974-1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent, professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. Xalq artisti bir çox ölkələrdə konsert proqramları ilə çıxış edib. 1989-cu ildə "Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərində konsertlər verib.

1964-1994-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının və Dövlət konsert birliyinin solisti olub. 1994-cü ildə Türkiyənin İzmir şəhərinin Ege Universitetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində "ustad dərsləri" verib.

Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatı, 2004-cü ildən isə ömürlük Prezident təqaüdü ilə təltif olunub.

2007-ci ilin may ayında "Şöhrət Ordeni"nə, 2014-ci ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına və 2017-ci ildə isə "Şərəf" ordeninə layiq görülüb.

Dirijor, Əməkdar artist Əyyub Quliyevin atasıdır.

Ramiz Quliyev 2025-ci il oktyabrın 15-də 78 yaşında vəfat edib. İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Mədəniyyət#Doğum_günü#Ramiz_Quliyev

Oxşar Xəbərlər

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - FOTOMədəniyyət

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - FOTO

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi baş tutub.

Bu gün
13:360
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - FOTO - VİDEOMədəniyyət

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib - FOTO - VİDEO

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi baş tutub.

Bu gün
13:360
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilirMədəniyyət

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir

İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir.

Bu gün
12:150
"TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi keçirildi - FOTO - VİDEOMədəniyyət

"TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi keçirildi - FOTO - VİDEO

Mayın 1-də Heydər Əliyev Mərkəzində "TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi baş tutub.

Dünən
21:020