
Xərçəngin müalicəsində peyvənd dövrü: Azərbaycanda tətbiq olunacaq? - VİDEO
Xərçəng peyvəndi bədənin immun sistemini xərçəng hüceyrələrini tanımaq və məhv etmək üçün stimullaşdıran yeni nəsil tibbi üsuldur. Bu peyvəndlər ənənəvi yoluxucu xəstəlik vaksinlərindən fərqli olaraq həm qoruyucu, həm də müalicəvi olmaqla iki qrupa bölünür.
Xərçəng peyvəndi bədənin immun sistemini xərçəng hüceyrələrini tanımaq və məhv etmək üçün stimullaşdıran yeni nəsil tibbi üsuldur. Bu peyvəndlər ənənəvi yoluxucu xəstəlik vaksinlərindən fərqli olaraq həm qoruyucu, həm də müalicəvi olmaqla iki qrupa bölünür.
Gundem.today xəbər verir ki, bu barədə "Azad Azərbaycan" (ATV) telekanalının videomaterialında bildirilib.
Peyvənd immun sistemini aktivləşdirərək xərçəngin böyüməsinin qarşısını alır və ya onun yenidən yaranma riskini azaldır. Bəzi yeni nəsil peyvəndlər xəstənin öz xərçəng hüceyrələrindən alınan genetik material əsasında fərdi olaraq hazırlanır.
Hazırda ABŞ və Avstraliya kimi ölkələrdə melanoma, pankreas (mədəaltı vəzi) və uşaq beyin şişləri üçün klinik sınaqlar genişlənir. Rusiyada isə bu sahədə yeni mərhələyə keçid olunduğu açıqlanıb: ölkədə hazırlanmış fərdi xərçəng peyvəndi rəsmi olaraq icbari tibbi sığorta sisteminə daxil edilib.
Bu preparat adi vaksinlərdən fərqli olaraq xəstəliyin profilaktikası üçün deyil, artıq diaqnoz qoyulmuş xərçəngin müalicəsi məqsədilə tətbiq edilir. Yanaşmanın əsasını fərdi tibbi texnologiya təşkil edir: hər bir xəstədən götürülən şiş nümunəsi əsasında xüsusi preparat hazırlanır və bu, immun sistemini birbaşa xərçəng hüceyrələrinə qarşı mübarizəyə yönəldir.
Həkim-onkoloq Fərid Müseyibov bildirir ki, dünyada tətbiq edilən bu peyvəndlərin müsbət təsirləri artıq özünü göstərməkdədir:
"Onkoloji xəstəliklər dünyada ürək-qan-damar xəstəliklərindən sonra ikinci yerdə dayandığı üçün bəzi ölkələrdə artıq icbari tibbi sığorta proqramına daxil edilib. Bu da, təbii ki, xərçənglə mübarizədə çox böyük üstünlüklər yaradır", - deyə o vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətVinnitsa dəhşətindən sonra ikinci doğum günüm
Biz ora çatanda hava zərbələri dayansa da, ərazi hələ də tüstü içində idi.
CəmiyyətTıxacda siqnal verməyə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
Ani diqqətsizlik, yaxud tıxacda hövsələsizliyiniz sizi 30 manatınızla vidalaşmağa məcbur edə bilər.
Cəmiyyət"Subaylar daha çox yoluxurlar" - Ağır xəstəliyin səbəbi barədə xəbər hamını şoka saldı - VİDEO
Subay insanlarda xərçəngə tutulma riskinin daha yüksək ola biləcəyi iddia edilir.
CəmiyyətGürcüstanda etiraz aksiyası - Maaşlarını ala bilməyən soydaşlarımızın şikayəti - VİDEO
Gürcüstanın Qardabani rayonunda yaşayan soydaşlarımız etiraz aksiyası keçiriblər. Buna səbəb 50-yə yaxın işçinin artıq üç aydır ki, çalışdıqları inşaat şirkətindən əməkhaqlarını ala bilməmələridir.