
Yanğın təhlükəsizliyinə əməl edilməyən avtomobil təmiri sexinin fəaliyyəti dayandırıldı - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3166 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Gundem.today xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- odsöndürən balonlarla tam təmin edilməyib;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb;
- yeməkxanasında sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib edilməyib;
- daxilində yanan əşyalar pərakəndə şəkildə saxlanılır;
- yanğın zamanı yanğınsöndürmə avtomobillərinin əraziyə yaxınlaşaraq sərbəst yan alması üçün əlverişli şərait yaradılmayıb;
- elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhərinin Yasamal rayonu, Tbilisi prospekti 3166 ünvanında yerləşən avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və onun bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - deyə məlumatda bildirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətVado Korovin vəzifəsindən gedib? - AÇIQLAMA
Bu gün bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə "Space" televiziyasının baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, direktor bu gün bütün departament rəhbərləri ilə vidalaşıb.
CəmiyyətAzərbaycan Dillər Universitetinin doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi
Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib.
CəmiyyətSon günlər yolları sıradan çıxaran səbəb nədir? - VİDEO
Son günlər yağan intensiv yağışlardan sonra paytaxtın bir çox hissəsində, xüsusilə, kənd və qəsəbələrdə, eləcə də yollarda iri çalalar və dərin quyular əmələ gəlib.
Cəmiyyətİdman qidası, yoxsa kimyəvi risk? - Mütəxəssislərdən XƏBƏRDARLIQ - VİDEO
Son illər idman zallarına maraq artdıqca, paralel olaraq əsasən idmançıların istifadə etdiyi qida əlavələrinə də tələbat nəzərəçarpacaq dərəcədə yüksəlib.