Son dəqiqə
"EY Azerbaijan" və Bakı Fond Birjası "Listinqin vergi baxımından üstünlükləri" mövzusunda seminar keçirdilərAnar Əliyev: "59000-dən çox şəxs peşə hazırlığına cəlb edilib"ABŞ-də Trampın təsviri olan pasportlar buraxılacaq - FOTO7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİXaçmazda minik avtomobili lokomotivlə toqquşdu - FOTOQolf kurortunda Donald Trampın böyük heykəli ucaldılıb - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Yaponiya Azərbaycan neftinə keçmək niyyətindədir
Yaponiya Azərbaycan neftinə keçmək niyyətindədir
İqtisadiyyat

Yaponiya Azərbaycan neftinə keçmək niyyətindədir

28 mart 2026
14:24
1 baxış
Paylaş:

Yaponiyaya məxsus INPEX korporasiyası Azərbaycan və Qazaxıstan ərazisində istehsal olunan neftin reallaşdırılması prosesində əsas diqqəti yerli Yaponiya müəssisələrinə yönəltmək qərarına gəlib.

Yaponiyaya məxsus INPEX korporasiyası Azərbaycan və Qazaxıstan ərazisində istehsal olunan neftin reallaşdırılması prosesində əsas diqqəti yerli Yaponiya müəssisələrinə yönəltmək qərarına gəlib.

Gundem.today xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti məqalə dərc edib.

Məlumatda bildirilir ki, Hörmüz boğazının reallıqda bağlanması ehtimalı neft təchizatının etibarlılığına dair təşviş yaradır. Buna görə də hazırkı dövrdə xam neft tələbatının 90 faizdən çox hissəsini Yaxın Şərq regionundan idxal edən Yaponiya üçün şirkət alternativ təchizat marşrutları formalaşdırmağı planlaşdırır.

Qazaxıstan və Azərbaycandan ixrac ediləcək xam neft Aralıq və Qırmızı dənizlərdən daşınacaq. Tədarük müddəti Azərbaycandan 25-50 gün, Qazaxıstandan 35-55 gün təşkil edəcəksə, Hörmüz boğazı vasitəsilə bu proses cəmi 20 günə başa gəlir.

Qeyd edək ki, INPEX korporasiyası Azərbaycandakı "Azəri-Çıraq-Günəşli" və Qazaxıstandakı "Kaşağan" neft-qaz yataqlarında müəyyən səhmlərə malikdir. Bu vaxta qədər korporasiya həmin mənbələrdən əldə edilən xam nefti spot satış qaydası ilə daha çox Avropa ölkələrinə ixrac edirdi. Ancaq Yaxın Şərq regionundakı gərgin vəziyyət və Yaponiya daxilində yanacaq qıtlığı riskləri fonunda rəhbərlik spot satışların müəyyən payını birbaşa olaraq öz daxili bazarına istiqamətləndirmək qərarını verib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil"İqtisadiyyat

Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil"

"İldən-ilə Azərbaycanda ümumdaxili məhsulda özəl sektorun rolu artır".

Bu gün
10:340
Azərbaycan nefti iki dollardan çox bahalaşıbİqtisadiyyat

Azərbaycan nefti iki dollardan çox bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.

Bu gün
09:480
Dünyanın ən nəhəng neft şirkətləri saniyədə üç min dollar qazanacaqlar - Rekord gəlir proqnozuİqtisadiyyat

Dünyanın ən nəhəng neft şirkətləri saniyədə üç min dollar qazanacaqlar - Rekord gəlir proqnozu

Dünyanın ən böyük neft korporasiyalarının 2026-cı ildə hər saniyədə təqribən 3 000 dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır.

Bu gün
01:540
Azərbaycan enerji təhlükəsizliyində alternativdən əsas marşruta çevrilir? - MÜHÜM MÜZAKİRƏ - VİDEOİqtisadiyyat

Azərbaycan enerji təhlükəsizliyində alternativdən əsas marşruta çevrilir? - MÜHÜM MÜZAKİRƏ - VİDEO

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.

Bu gün
17:160