
Yaponiya xarici əməkdaşlar üçün yaşayış icazəsi qaydalarını sərtləşdirir
Yaponiya hökuməti ölkəyə gələn xarici korporativ əməkdaşlar üçün yaşayış icazəsinin alınması prosesini daha da mürəkkəbləşdirir.
Yaponiya hökuməti ölkəyə gələn xarici korporativ əməkdaşlar üçün yaşayış icazəsinin alınması prosesini daha da mürəkkəbləşdirir.
Gundem.today xəbər verir ki, bu barədə "Nikkei" media qrupu məlumat verib.
Məlumata görə, İmmiqrasiya Xidməti artıq bu istiqamətdə yoxlamaları gücləndirib.
Aprel ayından etibarən "şirkətdaxili köçürülmə" vizası üçün müraciət edənlərdən daha detallı məlumatlar tələb olunur. Xüsusilə, ərizəçinin Yaponiyaya gəlməzdən əvvəl çalışdığı şirkətlə bağlı sənədlər, həmçinin faktiki iş təcrübəsi haqqında ətraflı hesabat təqdim edilməlidir. İşəgötürənlər əməkdaşın əvvəlki iş təcrübəsini rəsmən təsdiqləməli, eyni zamanda sığorta məlumatları və vergi qeydlərini təqdim etməlidirlər.
Qeyd edək ki, Yaponiya aprelin 1-dən vətəndaşlıq alınması üçün tələbləri də sərtləşdirib. Artıq ölkədə minimum yaşayış müddəti 10 ilə qədər artırılıb. Ərizələrə baxılarkən əsas meyarlardan biri də xarici vətəndaşın "Yaponiya cəmiyyətinə uyğunluğu"dur.
Hökumət, həmçinin aşağıdakı yenilikləri tətbiq etməyi planlaşdırır:
- Daimi yaşayış icazəsi üçün gəlir səviyyəsi tələblərinin artırılması;
- İş vizasına müraciət edənlər üçün yapon dili biliyinin məcburi təsdiqlənməsi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaVyetnamın yeni prezidenti seçildi
Vyetnam Sosialist Respublikasının Milli Assambleyası (birpalatalı parlament) Vyetnam Kommunist Partiyası (VKP) Mərkəzi Komitəsinin baş katibi To Lamı 2026-2031-ci illər üzrə ölkə prezidenti vəzifəsinə seçib.
Dünyaİran İsrailin cənubunu hədəfə aldı
İran ordusu İsrail ərazisini hədəf alan ballistik raketlərin yeni dalğasını buraxıb.
DünyaPanama kanalı üzərindəki körpünün yaxınlığında partlayış: Bir nəfər öldü, yaralananlar var - VİDEO
Panama kanalı üzərində yerləşən körpünün alt hissəsində üç yanacaqdaşıyan avtomobil alovlanıb.
DünyaÇində bəzi şirkətlər əməkdaşlarını süni intellektlə əvəzləməyə başlayıblar
Çində bəzi şirkətlər işdən çıxarılan əməkdaşları əvəz etmək üçün onların rəqəmsal surətlərini yaratmağa başlayıblar.