
Yasamalda sakinlər təhlükə siqnalı verirlər - "Melissa Group"a daxil olan MTK ilə bağlı şikayət
"Melissa Group" tikinti şirkətinə daxil olan "ASP" MTK ilə bağlı redaksiyamıza sakinlər tərəfindən şikayət daxil olub.
"Melissa Group" tikinti şirkətinə daxil olan "ASP" MTK ilə bağlı redaksiyamıza sakinlər tərəfindən şikayət daxil olub.
Sakinlərin Gundem.today-a verdikləri məlumata görə, Yasamal rayonu, Zərdabi küçəsində yerləşən yaşayış binasında ciddi yanğın təhlükəsi mövcuddur.
Bildirilib ki, binanın üçüncü mərtəbəsində, qaraj hissəsində qaz balonları saxlanılır. İddia olunur ki, bu vəziyyət minlərlə sakinin həyatını risk altına qoyur.
Şikayətdə qeyd edilib ki, ərazidə yanğına nəzarət edəcək qurğular və yanğınsöndürmə vasitələri mövcud deyil. Həmçinin obyekt üzrə yanğın təhlükəsizliyi qaydalarına nəzarət edən, müvafiq təlim keçmiş sertifikatlı mühəndisin olmadığı bildirilib.
Məsələ ilə bağlı aparılan yoxlama zamanı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən bir sıra pozuntuların aşkarlandığı qeyd olunub. Belə ki, binanın üçüncü mərtəbəsində oksigen və freon qazı ilə dolu balonların saxlanıldığı müəyyən edilib.
Eyni zamanda, yoxlama zamanı yanğına qarşı avtomatik sistemlərin saz vəziyyətdə olmadığı, saxlanma qaydalarının pozulduğu da üzə çıxıb.
Aşkarlanmış faktlarla bağlı məsul şəxs barəsində inzibati protokol tərtib edildiyi bildirilib.
Sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirlər.
Qeyd edək ki, məsələ ilə bağlı "Melissa Group"a sorğu ünvanlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıdan Kürdəmirə rəmzi qatar yola salındı
"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.
CəmiyyətBakıdan Kürdəmirə rəmzi qatar yola salındı - FOTO
"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.
CəmiyyətBağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Övladının həyatını təhlükəyə atdı - VİDEO
Abşeronda qadın sürücü yol hərəkəti qaydalarını heçə sayıb.
CəmiyyətPaytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 17.04.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.