
Yasamalda üç nəfərin ölümünə səbəb olan klinika rəhbərinin həbs müddəti artırıldı
Yasamaldakı çoxmərtəbəli binada üç nəfərin ölümü ilə bağlı saxlanılan "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayev yenidən hakim qarşısına çıxarılıb.
Yasamaldakı çoxmərtəbəli binada üç nəfərin ölümü ilə bağlı saxlanılan "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayev yenidən hakim qarşısına çıxarılıb.
Gundem.today "Unikal"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qəbul edilib.
Qərara əsasən, Bəhruz Paşayevin həbs müddəti daha 4 ay uzadılıb.
Xatırladaq ki, ötən il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında ağır yanğın hadisəsi baş verib. Baş Prokurorluğun məlumatına görə, binanın zirzəmisində başlayan yanğın nəticəsində üç sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova vəfat edib, 25 nəfər isə tüstüdən zəhərlənib.
İstintaqla müəyyən edilib ki, binanın zirzəmi və birinci mərtəbəsini icarəyə götürən "TAXES GROUP" MMC-nin ("Loft Dent" klinikası) direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarına riayət etməyib. Onun məhz bu qaydaları pozaraq ehtiyatsızlıqdan üç şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr yaranıb.
B.Paşayev ötən il noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində ibtidai istintaq davam etdirilir. Hadisədə təqsiri olan digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Sabunçu rayonu ərazisində "BYD" markalı avtomobildən qızıl qolbaq və qulaqlığın oğurlanması barədə polisə müraciət daxil olub.
KriminalÖtən gün Azərbaycanda 21 kiloqramdan çox narkotik aşkarlanıb
Martın 28-də polis əməkdaşlarının Bakıda və regionlarda keçirdiyi əməliyyatlar nəticəsində 21.6 kq-dan çox narkotik vasitə, həmçinin qanunsuz silahlar və patronlar müsadirə edilib
KriminalÖtən gün cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, martın 28-də Azərbaycanda 17 şübhəli şəxs saxlanılıb, axtarışda olan 51 nəfər isə aidiyyəti üzrə təhvil verilib.
Kriminal"Kahı" adı ilə ölkəyə külli miqdarda marixuana keçirmək istədilər - FOTO - VİDEO
Dövlət Gömrük Komitəsi (DGK) "kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana aşkar edib.