Yaxın Şərqdə yeni mərhələ: Parçalanan dövlətlər toparlana biləcək?
2011-ci ildəki "Ərəb baharı" üsyanından sonra Yaxın Şərq və Şimali Afrikada bir sıra ölkələr davamlı şəkildə siyasi böhran, silahlı qarşıdurmalar və dövlət institutlarının zəifləməsi ilə üzləşib. Liviya, Suriya, İraq, Yəmən və Sudan bu prosesdən ən çox təsirlənən ölkələr sırasında yer alır. Suriyanın yeni dövrə qədəm qoymasından sonra Liviyada da əsas gündəm parçalanmanın dərinləşməsinin qarşısının alınması, dövlət institutlarının yenidən formalaşdırılması və siyasi birliyin təmin edilməsidir. Bəs Liviyanın parçalanma riskinin qarşısını almaq və vahid dövlət strukturlarını bərpa etmək nə dərəcədə mümkündür? Yaxın Şərq əvvəlki dövrünə qayıda bilərmi? Paralel olaraq İran-İsrail-ABŞ arasındakı qarşıdurmanın da davam etməsi regionun ziddiyyətli taleyinə necə təsir göstərəcək?