
Yayda meyvə-tərəvəz bahalaşa bilər - VİDEO
Dünyada gübrə qiymətlərində artım müşahidə olunur.
Dünyada gübrə qiymətlərində artım müşahidə olunur.
Gundem.today Xəzər TV-yə istinadən xəbər verir ki, ABŞ-İran müharibəsi gübrə qiymətlərinə də təsirsiz ötüşməyib. Çünki, gübrə istehsalında təbii qaz və digər enerji resursları əsas xammal rolunu oynayır. Enerji bahalaşdıqca isə istehsal xərcləri artır və bu, birbaşa bazara təsir edir.
İqtisadçı ekspert Akif Nəsirli deyir ki, mövcud vəziyyətlə əlaqədar bu il mövsümi meyvə-tərəvəzlərin də baha olacağı gözlənilir.
Ekspertin sözlərinə görə, bahalaşmanın digər səbəbi isə yazda ölkə ərazisində müşahidə edilən intensiv yağışlardır. Yağıntılar torpaq qatının eroziyasına, əkin sahələrinin su altında qalmasına və nəticə etibarilə məhsulun zərər görməsinə gətirib çıxarıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanın sığorta bazarında böhran: Yığımlar çöküb, ödənişlər kəskin artıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda icbari sığorta növləri üzrə toplanan sığorta haqları 43,126 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,4% azdır.
Cəmiyyətİctimai məsuliyyətsizlik və sosial medianın yaratdığı fəsadlar - VİDEO
Baku TV-nin "Xülasə" verilişinin yeni buraxılışı yayımlanıb.
CəmiyyətAzərbaycana qarğıdalı idxalı kəskin azaldı: Səbəb nədir?
Bu ilin yanvar ayında ölkəyə 1.4 milyon dollar dəyərində 7 580 ton qarğıdalının idxal edilməsi əvvəlki illərlə müqayisədə ciddi azalma deməkdir. Statistik rəqəmlər göstərir ki, idxal ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər, həm də həcm baxımından kəskin şəkildə geriləyib. Belə ki, dəyər ifadəsində 66.5 faiz, miqdar ifadəsində isə 62.4 faiz azalma qeydə alınıb. Halbuki 2025-ci ilin yanvarında ölkəyə 4.2 milyon dollar dəyərində 20 168 ton qarğıdalı gətirilmişdi. Bəs, görəsən, idxal azalırsa,
CəmiyyətBakıda zamanın toxunmadığı məhəllə: İnqilabçının adını daşıyan ərazidən REPORTAJ
Bakının Nərimanov rayonunda elə bir ərazi var ki, rəsmi sənədlərdə adı çoxdan dəyişdirilsə də, sakinlərin yaddaşında və gündəlik dilində hələ də "Montin" kimi qalır. İllər keçsə də, bu məhəllənin ruhu və insanların ona olan bağlılığı dəyişməz olaraq qalır.