
Yer kürəsini maqnit qasırğaları bürüyəcək
Növbəti iki gün ərzində (mayın 7-də və 8-də) Yer kürəsində maqnit qasırğaları və geomaqnit dalğalanmaları gözlənilir.
Növbəti iki gün ərzində (mayın 7-də və 8-də) Yer kürəsində maqnit qasırğaları və geomaqnit dalğalanmaları gözlənilir.
Gundem.today-ın Kp.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib. Alimlər buna səbəb kimi planetin yaxınlığında günəş küləyinin sürətinin artmasını göstərirlər.
Bu günlərin hər birində maqnit fırtınasının başvermə ehtimalı təxminən 33% (qırmızı səviyyə) təşkil edir, 33%-i daha zəif dalğalanmaların payına düşür (sarı səviyyə). Eyni şansla maqnit sahəsi yaşıl zonada qala bilər. Hadisənin ümumi intensivliyi orta səviyyədə qiymətləndirilir.
Alimlər aydınlaşdırıblar ki, günəş aktivliyi hazırda aşağıdır. Lakin həftənin sonuna qədər partlayışların sayında artım mümkündür. Dalğalanmaların daha güclü dövrü 15-18 may tarixlərinə proqnozlaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİspaniya Türkiyədən döyüş təyyarələri almağı planlaşdırır
İspaniya Müdafiə Nazirliyi Türkiyə istehsalı olan "Kaan" qırıcı təyyarələrini arsenalına daxil etməyi planlaşdırıb.
DünyaTürkiyədə 77 tələbə zəhərləndi
Türkiyənin Çorum bölgəsinin Sunqurlu rayonunda tələbə qızların yataqxanasında qalan 77 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Dünyaİsrail Qəzzada HƏMAS-a qarşı əməliyyatları bərpa edəcəkmi?
İsrail hakimiyyəti Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatına qarşı quru əməliyyatlarını bərpa etməyi planlaşdırmır. Buna səbəb İrana və "Hizbullah" yaraqlılarına qarşı mümkün zərbələr üçün raketlərə qənaət edilməsidir.
DünyaAlmaniya kansleri: "Dünya epoxial dönüş nöqtəsindədir"
Almaniya kansleri Fridrix Merts dünyanın epoxial dönüş nöqtəsi yaşadığını bəyan edib. O, ölkəsinin hökuməti tərəfindən planlaşdırılan islahatlarla bağlı səbir nümayiş etdirməyə çağırıb.