Son dəqiqə
Akademik Opera və Balet Teatrında nə baş verir? - Yusif Eyvazov danışdı - VİDEOMÜSAHİBƏİsrail hansı halda İrana əks-hücum edəcək? - Səfir şərtləri AÇIQLADIABŞ və İran atəşkəsin detallarını razılaşdırırBakıda müharibə iştirakçısının meyiti tapıldıSemyon Slepakova qarşı cinayət işi açılıbİranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu: "Fərdlər gedir, amma sistem qalır"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Yüzlərlə heyvan sığınacaqdan çıxarıldı: "Bu qədər iti hara aparım?!" - VİDEO
Yüzlərlə heyvan sığınacaqdan çıxarıldı: "Bu qədər iti hara aparım?!" - VİDEO
Cəmiyyət

Yüzlərlə heyvan sığınacaqdan çıxarıldı: "Bu qədər iti hara aparım?!" - VİDEO

Bu gün
18:04
1 baxış
Paylaş:

Zaqatalada fəaliyyət göstərən heyvan sığınacağının bağlanma təhlükəsi ilə üzləşməsi narahatlıq yaradıb.

Zaqatalada fəaliyyət göstərən heyvan sığınacağının bağlanma təhlükəsi ilə üzləşməsi narahatlıq yaradıb.

Sığınacağın sahibi Nizami Ramazanovun sözlərinə görə, illik 4000 manat icarə haqqı ödənilən ərazidə hazırda 400-ə yaxın it saxlanılır.

Heyvansevər Baku TV-yə vurğulayıb ki, burada, əsasən, Zaqatala və ətraf rayonlardan maşın vurmuş, güllələnmiş və müxtəlif səbəblərdən köməyə möhtac vəziyyətdə olan heyvanlar yerləşdirilir.

Bildirilib ki, ərazi sahibi torpağı daha yüksək qiymətə satışa çıxardığı üçün sığınacağın boşaldılması tələb olunub. Sığınacaq rəhbərliyi isə bu məbləği ödəmək imkanının olmadığını, həmçinin yüzlərlə itin köçürülməsi üçün alternativ ərazi tapılmadığını deyir.

Qeyd olunub ki, əgər yeni ərazi ayrılmasa, yüzlərlə itin birdən-birə buraxılması böyük təhlükə və fəlakətə səbəb ola bilər.

Sığınacaq sahibi aidiyyəti qurumlara, iş adamlarına və heyvansevər şəxslərə müraciət edərək dəstək istəyib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Zaqatala#heyvan_sığınacağı#it_sığınacağı#Nizami_Ramazanov#sahibsiz_heyvanlar#heyvanların_xilası#heyvanlara_qayğı#sığınacağın_bağlanması#Zaqatala_xəbərləri#xeyriyyəçilik.

Oxşar Xəbərlər

Öncədən ödə, rahat xəyanət etCəmiyyət

Öncədən ödə, rahat xəyanət et

Kubra Məhərrəmova yazır...

Bu gün
20:000
Sakinlərin NƏZƏRİNƏ: Bakının üç rayonunun bəzi ərazilərində qaz olmayacaqCəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bakının üç rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi hissəsində qaz təchizatında fasilələr olacaq.

Bu gün
19:360
Bakı WUF13-ə hazırlaşır: Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq?Cəmiyyət

Bakı WUF13-ə hazırlaşır: Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq?

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.

Bu gün
17:511
Dövlət agentliyinə yeni departament müdiri təyin edilibCəmiyyət

Dövlət agentliyinə yeni departament müdiri təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatı olub.

Bu gün
17:521