
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Son günlər paytaxt və ətraf ərazilərə normadan dəfələrlə artıq yağan yağışlar bir sıra fəsadlara yol açıb. Kanalizasiya xətləri və ötürücülük qabiliyyəti məhdud olan kollektorların ifrat yüklənməsi şəhər təsərrüfatının həssas nöqtələrini bir daha gündəmə gətirib. Eyni zamanda, vaxtilə su təsərrüfatı obyektlərinin mühafizə zolaqlarında aparılmış nizamsız fərdi tikintilər də vəziyyəti mürəkkəbləşdirən əsas amillərdən biri kimi diqqət mərkəzinə gəlib.
Son günlər paytaxt və ətraf ərazilərə normadan dəfələrlə artıq yağan yağışlar bir sıra fəsadlara yol açıb. Kanalizasiya xətləri və ötürücülük qabiliyyəti məhdud olan kollektorların ifrat yüklənməsi şəhər təsərrüfatının həssas nöqtələrini bir daha gündəmə gətirib. Eyni zamanda, vaxtilə su təsərrüfatı obyektlərinin mühafizə zolaqlarında aparılmış nizamsız fərdi tikintilər də vəziyyəti mürəkkəbləşdirən əsas amillərdən biri kimi diqqət mərkəzinə gəlib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Report" İnformasiya Agentliyi və "Xəzər" Televiziyasına geniş müsahibəsində vətəndaşları maraqlandıran bu və digər aktual məsələlərə aydınlıq gətirib, görülən işlər və gələcək planlar barədə sualları cavablandırıb.
Gundem.today həmin müsahibəni təqdim edir:
- Xəzər TV: Zaur müəllim, normadan artıq yağan yağışlar nəticəsində bir sıra ərazilərdə çətinliklər müşahidə olundu. Əməkdaşlarınız hadisə yerlərində operativ şəkildə fəaliyyət göstərir, eyni zamanda monitorinqlər aparırdı. Aparılan təhlillər hansı nəticələri ortaya qoydu? Problemin konkret səbəbləri nələrdir?
- Təbii ki, ilkin təhlillər aparılıb. Bu təhlillər sadəcə bir həftə və ya 10 gün ərzində aparılan təhlillər deyil. Uzun müddət ərzində də araşdırmalar davam etdiriləcək. Amma ilkin nəticələr artıq əlimizdədir.
Dediyiniz kimi, mart ayının 27-si və 28-də, eləcə də ondan bir həftə sonra yağan yağışlar çox intensiv və həddindən artıq güclü idi. Sizə bəzi rəqəmlər deyim. Bakı və Abşeron yarımadasında illik yağıntı norması 235 mm-dir. Yəni bu, təxminən hər kvadrat metrə 235 litr su deməkdir və bu miqdar adətən 12 ay ərzində düşür.
Lakin təkcə martın 27-si və 28-də - iki gün ərzində yağan yağışın miqdarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin məlumatına görə 143 mm təşkil edib. Bu rəqəm quru statistika kimi görünə bilər, amma müqayisə üçün deyim ki, bu, illik yağıntı normasının təxminən 60 %-i deməkdir. Yəni Bakı və Abşeron yarımadası üzrə uzunmüddətli müşahidələrə əsasən 7 ayda yağan yağış cəmi iki gün ərzində yağıb. Bu, həqiqətən də çox böyük göstəricidir və hətta fövqəladə vəziyyət kimi qiymətləndirilə bilər.
Təbii ki, bu qədər intensiv yağıntı mövcud infrastruktur sistemi, həmçinin çökəklikdə yerləşən ərazilər səbəbindən Abşeronun bəzi bölgələrində geniş su basmaları və daşqınlara səbəb olub.
Bununla yanaşı, qeyd etdiyiniz kimi, əməkdaşlarımız həm yağışdan əvvəl, həm də yağış zamanı böyük işlər görüblər və hazırda da bu işlər davam edir. Bu işlər yalnız yağış zamanı aparılan tədbirlərlə məhdudlaşmır. Çünki bu yağıntıların təsiri hələ uzun müddət özünü göstərəcək.
Bakı ətrafında toplanan suların böyük hissəsi şəhərin mərkəzindən keçərək təmizləyici qurğulara yönəlir və bu proses həm daşqın baş verən ərazilərdə, həm də digər məkanlarda müəyyən təsirlər yaradır.
Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, siz də sualınızda vurğuladınız - həm bizim sıravi əməkdaşlarımıza, həm də Fövqəladə Hallar Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, eləcə də "Azərişıq" və "AzərEnerji"nin rəhbərlərinə və əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.
Eyni zamanda bu prosesdə çətinlik yaşayan vətəndaşlarımızın anlayışına görə təşəkkür etmək istəyirəm. Bizim əməkdaşlar həmin ərazilərdə işləyərkən bir çox vətəndaş səbir nümayiş etdirib, hətta bəziləri kömək və dəstək göstərib. Onların hamısına öz təşəkkürümü bildirirəm.
Mənə elə gəlir ki, həmin günlərdə göstərilən bu birlik və həmrəylik bizi daha böyük fəsadlardan və daha ciddi nəticələrdən qorudu. Təbii ki, problemlər var, müəyyən fəsadlar da yaşandı. Amma reallıq göstərir ki, bu əməkdaşlıq olmasaydı, eləcə də işçilərimizin 24 saat fasiləsiz və fədakar fəaliyyəti olmasaydı, vəziyyət daha ağır ola bilərdi.
Yağışların dayanmasından artıq bir həftə keçməsinə baxmayaraq, əməkdaşlarımız hələ də gecə-gündüz çalışırlar. Bir çox ərazilərdə işlər 24 saat fasiləsiz davam etdirilir. Məhz onların fədakar xidməti sayəsində vəziyyəti nəzarətdə saxlaya bilmişik və hazırda nisbətən normal vəziyyətdəyik.
- Xəzər TV: Bu təhlillər nəticəsində artıq bəzi boşluqlar üzə çıxıb. Növbəti dəfə yaz mövsümü gəldikdə yenə belə yağışların olması mümkündür. Buna hazırlıq hansı səviyyədədir? Yəni elə bir rayon varmı ki, deyək ki, bu məsələlər nəzərə alınacaq və gələcəkdə həmin ərazilərdə bu problemlər təkrarlanmayacaq? Qabaqlayıcı tədbirlər nəzərdə tutulubmu?
- Bu yağışlar və ümumiyyətlə iqlim dəyişikliyi ilə bağlı müşahidə olunan proseslər göstərir ki, belə intensiv yağıntılar yenə baş verə bilər. Ümid edirik ki, budəfəki kimi böyük həcmdə olmayacaq. Çünki bu, son 100 ildə müşahidə olunmayan miqyasda yağıntı idi. Amma onun qədər olmasa da, bəlkə də yarısı qədər yağışların baş verməsi realdır və biz buna hazır olmalıyıq.
Çünki iqlim dəyişikliyi yalnız quraqlıqla özünü göstərmir. Əvvəllər yağışlar daha çox hissə-hissə və daha uzun zaman kəsiyində yağırdı. İndi isə qısa zaman ərzində çox intensiv yağıntılar müşahidə olunur. Ardınca
Oxşar Xəbərlər
CəmiyyətBakıda bəzi evlər çökə bilər - Ekspertlərdən sərt XƏBƏRDARLIQ
Son illər Bakının müxtəlif ərazilərində təbii su hövzələrinin doldurulması və həmin sahələrin tikinti məqsədilə satılması faktları tez-tez gündəmə gəlir. Bu proses təkcə ekoloji mühit üçün deyil, həm də gələcəkdə həmin ərazilərdə yaşayan insanlar üçün ciddi risklər yaradır. Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən son hadisə bu problemin nə qədər aktual və təhlükəli olduğunu bir daha göstərir. Məlumata görə, Maştağa qəsəbəsinin "Sovxoz Ramana" adlanan ərazisində yerləşən su hövzəsinin bir
CəmiyyətTural Kərimova yüksək VƏZİFƏ VERİLDİ
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub.
CəmiyyətFəhlə iş zamanı həyatını itirdi
Ağdamda bədbəxt hadisə baş verib.
CəmiyyətZaur Mikayılov: "Dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb" - VİDEO
"Sumqayıt şəhəri yaxınlığında dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlanılıb".