
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
Bakının Xətai rayonu, Zığ qəsəbəsi, Elvin Şükürlü küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, yaşadıqları ərazidə sahibsiz itlərin əlindən çölə çıxmaq, üfunətdən isə nəfəs almaq olmur.
Bakının Xətai rayonu, Zığ qəsəbəsi, Elvin Şükürlü küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, yaşadıqları ərazidə sahibsiz itlərin əlindən çölə çıxmaq, üfunətdən isə nəfəs almaq olmur.
Onların sözlərinə görə, çirkab suların dənizə axıdıldığı kanalın üstünün açıq olması ciddi təhlükə mənbəyidir. Hətta yaxın günlərdə məktəbli bir uşaq ehtiyatsızlıqdan həmin kanala düşərək boğulma təhlükəsi yaşayıb.
Hadisə şahidi olan sakinlərdən biri həmin anları belə xatırlayıb: "Uşaq gözümün qabağında kanala düşdü. Düşünmədən suya atılıb onu çıxardım, sonra özüm orada qaldım. Qonşular məni çətinliklə xilas etdilər. Orada olmasaydım, indi həmin uşaq həyatda olmayacaqdı".
Digər bir sakin isə ərazidən yayılan kəskin qoxu ilə bağlı şikayətini dilə gətirib: "Allaha and olsun ki, ərazidə xəstəlik baş alıb gedir, nəfəs ala bilmirəm. Üfunət iyindən həyətə çıxa bilmirik".
Mövcud vəziyyətlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, məsələ barədə müvafiq idarəyə artıq məlumat verilib. Qurumun əməkdaşları əraziyə cəlb olunaraq araşdırma aparacaq və nəticələrə uyğun olaraq zəruri tədbirlər görüləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətVüqar Əbdülov Namiq Qaraçuxurlu ilə arasında baş verənlərdən danışdı - VİDEO
"Məni qəbul etməyən qurdlar var idi".
CəmiyyətVarikoz müalicə olunmazsa, nə baş verər? - VİDEO
Baku TV-nin efirində "Baku Med" verilişinin budəfəki buraxılışında varikoz xəstəliyi barədə müzakirə aparılıb.
CəmiyyətSkuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Piyadalar üçün gözlənilməz risk mənbəyinə çevrilən skuterlər yol hərəkətində yeni qaydalar və məsuliyyət məsələsini gündəmə gətirib.
CəmiyyətDövlət agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.