Son dəqiqə
Bakıda və Abşeronda şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVARəsul Çunayev: "Yarışla bağlı təəssüratlarımız çox əladır"ABŞ-də universitetin laboratoriyasında güclü yanğın baş veribABŞ-də universitetin laboratoriyasında güclü yanğın baş verib - VİDEO"Bakı Marafonu 2026"nın iştirakçısı: "Artıq beşinci dəfədir ki, bu yarışda iştirak edirik"ABŞ bunker əleyhinə yeni nüvə silahı üzərində işləyir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. "Zirə Broyler"in direktorunun ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏB
"Zirə Broyler"in direktorunun ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏB
Hadisə

"Zirə Broyler"in direktorunun ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏB

Dünən
12:52
0 baxış
Paylaş:

"Zirə Broyler" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) icraçı direktoru inzibati məsuliyyətə cəlb edilib.

"Zirə Broyler" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) icraçı direktoru inzibati məsuliyyətə cəlb edilib.

Gundem.today "Teleqraf"a istinadla xəbər verir ki, bu il martın 1-də Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi tərəfindən Səbail Rayon Məhkəməsinə 26 oktyabr 2020-ci il tarixli icra sənədi üzrə "Zirə Broyler" MMC-nin icraçı direktorunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol daxil olub.

Sənədə əsasən, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli icra sənədinə görə, "Zirə Broyler" MMC-dən 117 min 208 manat məbləğində əsas borc, 11 min 700 manat məbləğində dəbbə pulu, 500 manat hüquqi xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat tutularaq "SOYTEX" MMC-yə ödənilməsi qərara alınıb.

İcra məmuru izahatında bildirib ki, Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu "Zirə Broyler" MMC-dən 129 min 438.4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "SOYTEX" MMC-nin xeyrinə ödənilməlidir.

Qeyd edilən icra sənədi 10 sentyabr 2021-ci ildə icraata daxil olub və müvafiq qaydada icra tədbirlərinə başlanılıb. İcra məmurunun icraata başlama haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildirişi həmin il sentyabrın 17-də borclu şirkətin rəhbərinə təqdim olunub.

Borcluya məxsus bank hesablarına həbs və inkasso sərəncamları göndərilib. Lakin hesabların bağlı və pul vəsaiti aşkar olunmadığından inkasso sərəncamı iki ay bankda saxlanıldıqdan sonra geri qaytarılıb.

Həmçinin "Zirə Broyler" MMC-nin əvvəlki direktoru barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib və inzibati qaydada məsuliyyətə cəlb olunub.

Bundan sonra direktor dəyişilərək yeni direktor Fikrət Abtalıb oğlu Pənahlıyev olub.

"Zirə Broyler" MMC-nin hazırki direktoru Fikrət Pənahlıyevin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla Səbail Rayon Məhkəməsinə müraciət olunub.

Səbail Rayon Məhkəməsinin 2025-ci il 26 sentyabr tarixli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilib və "Zirə Broyler" MMC direktoru Fikrət Abtalıb oğlu Pənahlıyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Yenidən borcluya məxsus bank hesablarına inkasso sərəncamları göndərilib. Lakin hesabların bağlı və pul vəsaiti aşkar olunmadığından inkasso sərəncamı iki ay bankda saxlanıldıqdan sonra geri qaytarılıb.

İcra sənədinin icrasını təmin etmək üçün Zirə Broyler" MMC-nin direktoruna xəbərdarlıq edilməsinə baxmayaraq sənədin icrasından yayınıb.

İcra məmuru məhkəməyə təqdim etdiyi sənəddə "Zirə Broyler" MMC-nin direktorunun barəsindəki Bakı Kommersiya Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli icra sənədinin icrasının təmin olunmasını xahiş edib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə "Zirə Broyler" MMC-nin icraçı direktoru İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib və 1200 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilib.

Qərarın icrası Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinə həvalə edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Hadisə#Zirə_Broyler#MMC_direktoru#inzibati_məsuliyyət#cərimə#məhkəmə_qərarı#icra_sənədi#Səbail_Rayon_Məhkəməsi#borc_ödənişi#ölkədən_çıxış_qadağası#SOYTEX_MMC.

Oxşar Xəbərlər

Tərtərdə arı sancmasından ölən şəxsin allergiyası var imiş - TƏFƏRRÜAT - VİDEOHadisə

Tərtərdə arı sancmasından ölən şəxsin allergiyası var imiş - TƏFƏRRÜAT - VİDEO

Tərtərdə arıçı öz təsərrüfatında arı sancmasından dünyasını dəyişib.

Bu gün
02:000
Şəkidə iki avtomobil toqquşdu: Xəsarət alanlar varHadisə

Şəkidə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Şəki şəhəri ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
21:480
Göygöldə "Niva" "Hyundai"la toqquşdu: Xəsarət alanlar varHadisə

Göygöldə "Niva" "Hyundai"la toqquşdu: Xəsarət alanlar var

Gəncə-Daşkəsən yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Bu gün
19:360
Culfada kanaldan qadın meyiti tapıldıHadisə

Culfada kanaldan qadın meyiti tapıldı

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda qadın meyiti aşkarlanıb.

Bu gün
18:240