
114A və 114B nömrəli marşrutlardan ŞİKAYƏT - "Yolda qalırıq, istidən boğuluruq, salon bərbad haldadır"
Bakıda 114A və 114B marşrut xətləri üzrə hərəkət edən avtobuslarla bağlı şikayət var.
Bakıda 114A və 114B marşrut xətləri üzrə hərəkət edən avtobuslarla bağlı şikayət var.
Gundem.today-a daxil olan müraciətlərdə qeyd olunur ki, bu xətlər üzrə istismara buraxılan nəqliyyat vasitələrinin həm texniki vəziyyəti, həm də xidmət keyfiyyəti ciddi problemlərlə müşayiət olunur.
Sərnişinlərin təqdim etdiyi foto və videogörüntülər avtobusların daxili vəziyyətinin qənaətbəxş olmadığını açıq şəkildə göstərir. Belə ki, salonun tavan hissəsində örtüklər qopub, bəzi yerlərdə metal səth üzə çıxıb və paslanma izləri müşahidə olunur. Xüsusilə lük ətrafında olan deformasiyalar və qopmalar avtobusun istismarının təhlükəsizliyi ilə bağlı ciddi suallar yaradır.
Şikayətçilərin sözlərinə görə, avtobuslar tez-tez nasaz vəziyyətdə xəttə buraxılır və bu səbəbdən yolda qalma halları baş verir, bu isə sərnişinlərin vaxt itkisinə səbəb olur.
Eyni zamanda marşrut üzrə intervalın uzun olması ciddi narazılıq doğurur. Bildirilir ki, sərnişin sıxlığına uyğun olaraq reysə buraxılan avtobusların sayı kifayət etmir.
Bundan əlavə, bəzi avtobuslarda oturacaqların qırıq və istifadəyə yararsız vəziyyətdə olduğu qeyd olunur. Mövsümi problemlər də sərnişinlərin gündəlik narahatlığına çevrilib. Belə ki, qışda istilik sistemi zəif işlədiyindən salon lazımi səviyyədə isinmir, yayda isə soyutma sistemi ümumiyyətlə olmadığından sərnişinlər istidən əziyyət çəkirlər.
Digər mühüm narazılıq isə marşrutların iş rejimi ilə bağlıdır. Sərnişinlər iddia edirlər ki, avtobuslar rəsmi olaraq gecə saat 00:00-a qədər fəaliyyət göstərməli olduğu halda, əksər hallarda saat 23:00-dan tez xətdən çıxırlar.
Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, şikayətlərə baxılmır və mövcud problemlər aradan qaldırılmır.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİntensiv yağışlarla əlaqədar fəsadların aradan qaldırılması və suçəkmə işləri davam etdirilir - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.
CəmiyyətBəzi ərazilərə LEYSAN, QAR yağacaq - XƏBƏRDARLIQ
Aprelin 9-da Azərbaycanın əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
CəmiyyətBakı Metropolitenində yeni təyinat - ÖZƏL
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində yeni təyinat olub.
CəmiyyətDSX-nın Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri AÇIQLANDI
5 aprel 2026-cı il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.