
DSX-nın Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri AÇIQLANDI
5 aprel 2026-cı il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.
5 aprel 2026-cı il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.
Gundem.today xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahanda iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və "cavab kartı"nın qrafik təsviri ilə tanış ola bilərlər.
İştirakçılar imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar vasitəsilə "iş nömrəsi"ni 7727-yə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1293 nəfərdən 31 nəfər imtahana gəlməyib.
İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi məktəbə qəbul olunacaqlar.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 13 aprel 2026‑cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 9 aprel saat 10:00-dan 10 aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, valideyndən əlavə kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSübutlar nə vaxt və necə təqdim olunmalıdır? - Ali Məhkəmədən İZAH
Məhkəmədə qalib gəlmək təkcə haqlı olmaqdan asılı deyil. Mülki işlər üzrə məhkəmə çəkişmələrinin uğurlu nəticəsi əsasən təqdim olunan sübutlardan asılıdır. Mülki prosessual qanunvericiliyə əsasən, məhkəmə yalnız işdə olan sübutlar əsasında qərar qəbul edir.
CəmiyyətAprelin 16-25-də Lirid meteor yağışı olacaq
Aprelin 16-dan 25-dək Lirid meteor yağışı müşahidə ediləcək.
CəmiyyətBakıda və Abşeronda KÜLƏK GÜCLƏNƏCƏK
Aprelin 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.
Cəmiyyətİntensiv yağışlarla əlaqədar fəsadların aradan qaldırılması və suçəkmə işləri davam etdirilir - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri ötən gecə və gün ərzində fasiləsiz olaraq davam etdirilib.