Son dəqiqə
Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEOŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. 200 manatlıq "tərbiyə üsulu?" - Uşağa qışqıran və onu döyən şəxslər qanun qarşısında cavab verəcəklər
200 manatlıq "tərbiyə üsulu?" - Uşağa qışqıran və onu döyən şəxslər qanun qarşısında cavab verəcəklər
Cəmiyyət

200 manatlıq "tərbiyə üsulu?" - Uşağa qışqıran və onu döyən şəxslər qanun qarşısında cavab verəcəklər

25 mart 2026
17:56
3 baxış
Paylaş:

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə qeyd olunur ki, bundan sonra uşağını tərbiyə etmək məqsədilə ona qarşı fiziki və ya psixoloji zorakılıq göstərən şəxs cərimə olunsun.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə qeyd olunur ki, bundan sonra uşağını tərbiyə etmək məqsədilə ona qarşı fiziki və ya psixoloji zorakılıq göstərən şəxs cərimə olunsun.

Layihədə qeyd olunur ki, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə olunacaqlar. Sözügedən əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Görəsən, sözügedən məsələ uşaqların sosial-psixoloji, eyni zamanda, təhsil prosesinə necə təsir edəcək?

Məsələ ilə bağlı psixoloq Gülnar Orucova Gundem.today-a açıqlamasında bildirib ki, uşaqların altı yaşa qədər olan dövrü olduqca önəmlidir.

O vurğulayıb ki, şəxs böyüdükdən sonra altı yaşına qədər gördüklərini, yəni sevgini, qayğını və ya nifrəti, qəzəbi cəmiyyətə ötürür:

"Baxın, hamımız, demək olar ki, avtobusda və ya fərqli yerlərdə, yəni cəmiyyət içində övladının üzərinə qışqıran valideyn görmüşük. Bundan başqa, məsələn, hansısa əyləncə mərkəzində uşaq oynamaq istəyir, amma ana-ata övladına deyir ki, dayan, şəklini çəkim və s. Onlar göstərişli həyatı sevirlər. Bu isə bəzən uşaqların həyatına təsir edir. Qohumlara, sosial mediada dəbdəbəli həyatı göstərmək üçün uşaqların əyləncəsini pozmaq olmaz.

Zorakılığı gizlədənlər də sərt şəkildə cəzalandırılmalıdırlar. Ədalətsizliyə göz yummaq olmaz. Şəxs başa düşməlidir ki, şiddət göstərdiyi uşaq böyüdükdə eyni halı ona qarşı da tətbiq edə bilər. Sadəcə, həmin uşağın hazırda bunu etməyə gücü yoxdur. Bəzən valideyn uşağına elə zərər vurur ki, onu biz çətinliklə sağaldırıq".

G.Orucova təhsil müəssisələrində də baş verən zorakılıq hallarına toxunub:

"Baxın, illər əvvəl müəyyən hallarda məktəbdə uşağı vururdular. Hətta deyim var idi ki, "müəllim vurduğu yerdə gül bitər". Əvvəlki insanın düşüncəsi ilə indiki arasında ciddi fərq var. İllər əvvəl normal olan dəyərlər artıq anormallaşıb. Hazırkı dövrdə valideyn uşağının üstünə qışqıran müəllimi işdən çıxarmaqla təhdid edir, onun görüntülərini sosial mediada paylaşır. Ancaq özü döyəndə deyir ki, uşağı mən dünyaya gətirmişəm, istədiyimi edə bilərəm. Buna görə əvvəllər valideynini döyən, öldürən övlada daha az rast gələrdik. Bütün uşaqlar eyni dərəcədə dözümlü olmurlar. Yanaşmalar fərqli olmalıdır. Belə travmalar gələcəkdə onların ailə qurmasına da mane ola bilər. Zorakılıq tərbiyə üsulu yox, cinayətdir. Həmçinin əlavə olaraq onu da qeyd edək ki, ata-ana uşaqlarının hər istədiyinə də "hə" deməməlidir".

Sosioloq Mətanət Məmmədova isə Gundem.today-a açıqlamasında vurğulayıb ki, son dövrlərdə uşaqlar evdə, məktəbdə və ya digər təhsil müəssisələrində ciddi zorakılıq halları ilə qarşılaşırlar.

M.Məmmədova əlavə edib ki, müasir dövrdə bəzi metodlar anormallaşıb:

"İllər əvvəl bəzi metodlarla tərbiyə olunurduq ki, bu, zorakılıq əməli sayılmırdı. Tərbiyə zamanı edilən bəzi hərəkətləri müəyyən çərçivədə etmək lazımdır. İnsanların dövrlərə görə düşüncəsi dəyişir. Bu gün uşağa bir az yüksək səslə "çəkil, başqa yerdə dayan" və s. demək az qala zorakılıq kimi qəbul olunur. Ancaq bütün hallarda müzakirəyə çıxarılan bu layihəni dəstəkləyirəm. Hətta təklif edərdim ki, buradakı cərimənin miqdarı artırılsın. Şəxs 200 manatla canını qurtarmamalıdır. Ciddi zorakılıq edənin valideyn hüququ əlindən alınmalı, müəllim, tərbiyəçi və başqa şəxs işdən ömürlük uzaqlaşdırılmalıdır. Valideynlərə məcbur etmirlər ki, dünyaya uşaq gətirsinlər. Ata və ana məsuliyyəti dərk etməli, övladına düzgün tərbiyə verməlidir. Uşaqla normal ünsiyyət qurmaqla onu tərbiyələndirmək olar".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov Gundem.today-a açıqlamasında sözügedən qanun layihəsi ilə bağlı bir neçə məqama toxunub.

Deputat bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər cəmiyyət üçün yeni müzakirə mövzusu yaradıb və layihəyə əsasən, uşağın "tərbiyəsi" məqsədilə tətbiq olunan fiziki və ya psixoloji zorakılıq inzibati məsuliyyət yaradır:

"Bu isə ilk baxışda bəzi insanlar üçün sərt və ya artıq görünə bilər, lakin məsələyə təhsil və uşaq inkişafı prizmasından baxdıqda bu addımın daha dərin səbəbləri aydın olur. Müasir pedaqogika və psixologiya göstərir ki, uşağın tərbiyəsində istifadə olunan metodlar onun gələcək şəxsiyyətinin formalaşmasında əsas rol oynayır. Fiziki və ya psixoloji zorakılıq uşağın özünə inamını azalda, onda davranış problemləri yarada, aqressiyanı normal ünsiyyət forması kimi qəbul etdirməklə yanaşı, öyrənmə motivasiyasını zəiflədə, sosial münasibətlərdə çətinliklər formalaşdıra bilər.

Üstəlik, bu təsirlər bəzən dərhal hiss olunmasa da, uzunmüddətli dövrdə üzə çıxır. "Biz bunları görmüşük, amma travma yaşamamışıq" yanaşması geniş yayılmış olsa da, burada nəzərə almaq lazımdır

Oxşar Xəbərlər

Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏCəmiyyət

Xarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.

Dünən
18:560
Polis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEOCəmiyyət

Polis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEO

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçiriblər.

Dünən
18:520
Şəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTOCəmiyyət

Şəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO

Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.

Dünən
18:440
Dünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİCəmiyyət

Dünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ

Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.

Dünən
18:320