
"Real Madrid"də nələr baş verir? - Alonsonun gedişi komandanı iki yerə bölübmüş
Xabi Alonsonun baş məşqçi postunda Alvaro Arbeloa ilə əvəzlənməsindən sonra "Real Madrid" klubunda olduqca toksik bir mühit yaranıb.
Xabi Alonsonun baş məşqçi postunda Alvaro Arbeloa ilə əvəzlənməsindən sonra "Real Madrid" klubunda olduqca toksik bir mühit yaranıb.
Gundem.today "El Mundo" nəşrinə istinadən xəbər verir ki, futbolçuların bir qismi Alonsonu dəstəkləsə də, digərləri Arbeloaya üstünlük verirlər.
Nəticədə komanda daxilində ciddi parçalanma baş verib. Paltardəyişmə otağındakı bu qütbləşmə uğursuz nəticələrlə birləşərək oyunçular arasında açıq münaqişələrə yol açıb.
Son vaxtlar mətbuatda Arbeloa ilə futbolçular arasındakı gərginliklə bağlı tez-tez məlumatlar yayılır. Hətta komandanın bir hissəsinin onunla, ümumiyyətlə, danışmadığı da iddia olunur.
Jurnalist Migel Serranonun sözlərinə görə, adları açıqlanmayan bəzi oyunçular Arbeloanı ələ salaraq "konus" adlandırıblar. Bundan xəbər tutan mütəxəssis həmin futbolçuları meydandan kənarda saxlayıb. Xatırladaq ki, bir müddətdir Dani Sebalyos da matçların iştirak ərizəsinə daxil edilmir.
Arbeloa özü isə yarımmüdafiəçinin aralarındakı fikir ayrılığı səbəbindən heyətdən kənarlaşdırılması ilə bağlı yayılan şayiələri şərh etməkdən boyun qaçırıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Fənərbağça" "Milan"ın ulduzunu transfer etməyə hazırlaşır - FOTO
"Fənərbağça" "Milan"ın satışa çıxardığı Rafael Leanı transfer etmək istəyir.
İdmanAFFA-dan "Qarabağ"a çox SƏRT CƏZA
"Qarabağ" futbol klubunun aparıcı oyunçularından olan Marko Yankoviç ağır sanksiya ilə üzləşərək yaşıl meydanlardan 8 oyunluq uzaqlaşdırılıb.
İdmanAFFA-dan "Qarabağ"a SƏRT CƏZA
"Qarabağ" futbol klubunun aparıcı oyunçularından olan Marko Yankoviç ağır sanksiya ilə üzləşərək yaşıl meydanlardan 8 oyunluq uzaqlaşdırılıb.
İdman"Qarabağ"a külli miqdarda PUL CƏZASI: Yankoviçlə bağlı SƏRT QƏRAR
"Qarabağ" futbol klubunun aparıcı oyunçularından olan Marko Yankoviç ağır sanksiya ilə üzləşərək yaşıl meydanlardan 8 oyunluq uzaqlaşdırılıb.