
2027-2030-cu illərdə neftin qiyməti neçə dollar olacaq? - PROQNOZ
Baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiymətinin 2027-2030-cu illər üçün 65 ABŞ dolları səviyyəsində olacağı təxmin edilir.
Baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiymətinin 2027-2030-cu illər üçün 65 ABŞ dolları səviyyəsində olacağı təxmin edilir.
Gundem.today xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilib.
Proqnozlara görə, 2027-ci ilin sonuna ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) həcminin 139 milyard manat təşkil edəcəyi, 2030-cu ildə isə 166.9 milyard manata qədər artacağı gözlənilir.
Eyni zamanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının artacağı proqnozlaşdırılır. Belə ki, bu göstəricinin 2025-ci ildəki 71.5 faizdən 2027-ci ildə 78 faizə, 2030-cu ildə isə 81.8 faizə çatacağı gözlənilir.
Nazirliyin qiymətləndirmələrinə əsasən, ortamüddətli dövrdə ÜDM-in real artım tempinin ortaillik 3.3 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4.2 faiz olacağı proqnozlaşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatAzərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI
Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti azalıb.
İqtisadiyyatAzərbaycan ötən il Çexiyanın ən böyük neft tədarükçüsü olub
Azərbaycan 2025-ci ilin yekunlarına görə Çexiyanın ən böyük neft tədarükçüsü olub.
İqtisadiyyat"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
15 aprel 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəfin, "TotalEnergies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazın və XRG-nin beynəlxalq aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadrosun iştirakı ilə görüş keçirilib.
İqtisadiyyat"Sea Breeze Resort"a 55 hektar əlavə torpaq sahələri ayrıldı - BAŞ NAZİRDƏN QƏRAR
"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması haqqında" qərar qəbul edilib.