
23 yaşlı gənc psixiatriya xəstəxanasında öldü - Həbs olunan var
Aprelin 4-də Səhiyyə Nazirliyinin nəzdində Gəncə Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.
Aprelin 4-də Səhiyyə Nazirliyinin nəzdində Gəncə Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.
Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, Göygöl rayonu, Quşqara kənd sakini, 1993-ci il təvəllüdlü Miri İsmayılov xəstəxanada vəfat edib.
Məlumata görə, o, beş ilə yaxın Gəncə Psixiatriya Xəstəxanasında müalicə alıb.
Hadisə ilə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edilib ki, ilkin istintaq tədbirləri nəticəsində toplanmış sübutlar əsasında həmin xəstəxanada müalicə alan 1980-ci il təvəllüdlü Zaur Mustafayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Gəncə Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli həbs edilib
Məhkəmə Bakıda sinif yoldaşına xəsarət yetirməyə görə saxlanılan məktəbli barəsində qərar verib.
KriminalSaxta əlillik diaqnozu hazırlamaqda təqsirləndirilən həkim: "Rüşvət mənə yad anlayışdır"
Saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin növbəti məhkəməsi keçirilib.
KriminalGülməmməd Bayramovun 30 il gizli qalan CİNAYƏTİ: Öldürüb borunun içində gizlədiblərmiş - Qatillərin ADLARI AÇIQLANDI
1996-cı il aprelin 10-da Gülməmməd Xanəhməd oğlu Bayramovun evdən çıxaraq geri qayıtmaması faktı ilə bağlı 1997-ci il iyunun 12-də başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.
KriminalGülməmməd Bayramovun 30 il gizli qalan QƏTLİ: Öldürüb borunun içində gizlədiblərmiş - Qatillərin ADLARI AÇIQLANDI
1996-cı il aprelin 10-da Gülməmməd Xanəhməd oğlu Bayramovun evdən çıxaraq geri qayıtmaması faktı ilə bağlı 1997-ci il iyunun 12-də başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.