Son dəqiqə
Hikmət Babaoğlu: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir"Rusiya hərbçiləri Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüblərRamin Qurban nazirlikdə yüksək vəzifəyə gətirildiSumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb - FOTO - VİDEOBayrağa hörmətsizlik edən şəxs saxlanıldı - FOTO - VİDEOABŞ-İran gərginliyi pik həddə: Danışıqlar yox, güc dili önə çıxır? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. 30 müntəzəm marşrutun hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK
30 müntəzəm marşrutun hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK
Cəmiyyət

30 müntəzəm marşrutun hərəkət sxemi DƏYİŞDİRİLƏCƏK

Bu gün
18:08
0 baxış
Paylaş:

"Bakı Marafonu 2026" ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

"Bakı Marafonu 2026" ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, "Bakı Marafonu 2026" tədbiri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, mayın 3-də 1, 2, 4, 7A, 7B, 10, 11, 13, 20, 21, 24, 30, 32, 36, 38, 46, 49, 71, 72, 88A, 93, 120, 120E, 125, 145, 177, 184, E1, H1 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Dəyişikliyə əsasən,

1 nömrəli marşrutun (metronun "Neftçilər" stansiyası istiqaməti) və H1 nömrəli marşrutun (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqaməti) fəaliyyəti Azadlıq prospekti - Füzuli küçəsi - Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi - Xətai prospekti - Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə təşkil ediləcək.

2 nömrəli marşrut Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi - Xətai prospekti - Əhməd bəy Ağaoğlu küçəsi - Təbriz küçəsi - Əhməd Rəcəbli küçəsi istiqamətində hərəkət edəcək.

4, 10 və 88A nömrəli marşrutların son dayanacaq məntəqələri Dilarə Əliyeva və 28 May küçələri (Səməd Vurğun bağı) olmaqla təşkil ediləcək. Marşrutlar Bakı Ağ Şəhərə daxil olmayacağından qismən fəaliyyət göstərəcək.

7A, 7B, 11, 24, 71 və 93 nömrəli marşrutların fəaliyyəti Ziya Bünyadov prospektinin əsas hərəkət hissəsi (yol ötürücü) ilə təşkil ediləcək.

13 və M8 nömrəli marşrutların fəaliyyəti Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi ilə təşkil ediləcək.

20, 21, 30, 32, 46, 49, 72, 120 və 120E nömrəli marşrutların son dayanacaq məntəqələri Xocalı prospektində ("Şah İsmayıl Xətai" m/st) təşkil ediləcək. Bu marşrutlar "28 May" NMM və "Sədərək" ticarət mərkəzinə daxil olmayacağından qismən fəaliyyət göstərəcək. 20, 21 və 32 nömrəli müntəzəm marşrutlar Bakı Ağ Şəhər daxil olmaqla son dayanacaq məntəqələri Xocalı prospekti ("Şah İsmayıl Xətai" m/st) təşkil ediləcək.

36, 145 və 184 nömrəli marşrutların son dayanacaq məntəqəsi Heydər Əliyev prospektinin kənar hərəkət hissəsində ("Koroğlu" m/st) təşkil ediləcək.

38 nömrəli marşrut başlanğıc dayanacaq məntəqəsi Səməd Vurğun küçəsi, son dayanacaq məntəqəsi isə Ağa Nemətulla küçəsi olmaqla fəaliyyət göstərəcək. Marşrut Keşlə qəsəbəsinə daxil olmayacağından qismən işləyəcək.

125 nömrəli marşrutun fəaliyyəti ("28 May" NMM istiqaməti) Rəşid Behbudov küçəsi - Şəmsi Bədəlbəyli küçəsi - Azadlıq prospekti ilə təşkil ediləcək.

177 nömrəli marşrut son dayanacaq məntəqəsi Bilgəh-Pirşağı yolu (Ləhiş bağları ərazisi) olmaqla fəaliyyət göstərəcək.

E1 nömrəli marşrutun fəaliyyəti Rəşid Behbudov küçəsi - Süleyman Rəhimov küçəsi - Xətai prospekti - Heydər Əliyev prospekti (əsas hərəkət hissəsi) ilə təşkil ediləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Azərbaycan_Yerüstü_Nəqliyyat_Agentliyi_(AYNA)#Heydər_Əliyev_Beynəlxalq_Aeroportu_(GYD)#Heydər_Əliyev_prospekti#Bakı_Marafonu

Oxşar Xəbərlər

Ramin Qurban nazirlikdə yüksək vəzifəyə gətirildiCəmiyyət

Ramin Qurban nazirlikdə yüksək vəzifəyə gətirildi

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Bu gün
18:560
Vüqar Hüseynov vəzifəsindən azad edildiCəmiyyət

Vüqar Hüseynov vəzifəsindən azad edildi

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Bu gün
18:300
Səxavət Məmmədzadəyə yüksək VƏZİFƏ VERİLDİCəmiyyət

Səxavət Məmmədzadəyə yüksək VƏZİFƏ VERİLDİ

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yeni direktor təyin olunub.

Bu gün
18:180
Əməkdar artist müəllimlərin qəsdən imtahandan kəsildiyinə dair iddialara cavab verdi - FOTOCəmiyyət

Əməkdar artist müəllimlərin qəsdən imtahandan kəsildiyinə dair iddialara cavab verdi - FOTO

"Attestasiya prosesində ixtisas proqramında hansı sinifdə nələr tədris olunduğunu bilməyən müəllimlər var idi".

Bu gün
18:100