
Hikmət Babaoğlu: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir"
"Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir".
"Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir".
Bu barədə Gundem.today-a açıqlamasında siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu bildirib.
Professorun sözlərinə görə, Avropa Parlamentinin (AP) bu addımı birbaşa beynəlxalq hüquq normalarının pozulmasıdır:
"Bu sənəd həm beynəlxalq hüquqa ziddir, həm də Avropa Birliyinin rəsmi siyasəti ilə uzlaşmır. Qətnamədə yer alan müddəalar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid yaradır, Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla ikitərəfli münasibətlərdə tanıdığı prinsiplərlə ziddiyyət təşkil edir. Bu, Avropa Parlamentinin selektiv və qeyri-hüquqi mövqeyini açıq şəkildə ortaya qoyur".
Hikmət Babaoğlu əlavə edib ki, sənədin demokratik kontekstdə də heç bir obyektiv əsası yoxdur və hadisələr qərəzli şəkildə təqdim olunur:
"Hadisələr Azərbaycanın əleyhinə manipulyasiya edilir, halbuki 30 il işğal altında qalan ərazilərdə maddi və mənəvi dağıntıya məruz qalan tərəf məhz Azərbaycan olub. Azərbaycanın ərazi bütövlüyünü təmin və suveren hüquqlarını tam bərpa etməsindən illər keçməsinə baxmayaraq, qətnamənin məhz indi qəbul edilməsi konkret siyasi məqsədlərdən xəbər verir. Bu, ölkəmizə qarşı təzyiq cəhdidir və regionda formalaşmış yeni reallıqları qəbul etməmək niyyətidir. Bu yanaşma eyni zamanda Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq imkanlarına qarşı yönəlib. Avropa Parlamentinin mövqeyi siyasi korrupsiya və rüşvətxorluqla bağlı ittihamlarla zədələnmiş bir institutun qərarı kimi qiymətləndirilə bilər".
Sonda professor vurğulayıb ki, Azərbaycan Parlamentinin atdığı addım milli maraqlara tam uyğundur:
"Azərbaycan Parlamentinin qəbul etdiyi qərar tamamilə doğru addımdır. Biz Avropa Parlamenti ilə əlaqələrin dayandırılmasını və müvafiq prosedurların başladılmasını dəstəkləyirik".
Xatırladaq ki, Avropa Parlamenti 2026-cı il aprelin 30-da Azərbaycan əleyhinə qətnamə qəbul edib.
Buna cavab olaraq, Milli Məclis mayın 1-də Avropa Parlamenti ilə əməkdaşlığı dayandırdığını elan edib.
Belə ki, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılır; Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulur; Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılır və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmırlar.
Həmçinin Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətOkamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?
Son günlər Azərbaycan mediasında ən çox müzakirə olunan məsələlərdən biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun ölkəmizə qarşı fəaliyyətidir. Yayımlanan videomateriallarda o, faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir. Üstəlik, adıçəkilən şəxs Avropa institutlarında əlaqələrinin və komandasının olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel və onun çevrəsini xatırladır. Lakin ən diqqətçəkən məqam Avropa i
SiyasətKorrupsiyaya bulaşmış siyasətçilər Bakıya mane ola bilməyəcəklər - RƏY
"Avropa Parlamenti, ATƏT və eyni zamanda digər beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili siyasətlərini davam etdirir".
SiyasətAzərbaycan və İran xarici işlər nazirləri telefonla danışdılar - Xəbərlərin 20:00 buraxılışı
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Siyasət"Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası" təsdiq edilib
"Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası" təsdiq edilib.