
33 ildən sonra Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edilib
Uzun illər itkin kimi qeydiyyatda olan Füzuli rayon sakinlərinin taleyinə aydınlıq gətirilib.
Uzun illər itkin kimi qeydiyyatda olan Füzuli rayon sakinlərinin taleyinə aydınlıq gətirilib.
Gundem.today "Teleqraf"a istinadən xəbər verir ki, aparılan araşdırmalar nəticəsində 33 il əvvəl itkin düşmüş üç nəfərin nəşinin qalıqları müəyyən edilib.
Məlumata görə, Zaur İmamqulu oğlu Sadıqov 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O, 1993-cü il iyulun 22-də itkin düşmüşdü.
Digər itkin şəxs, Ələddin Həzi oğlu Həziyev də 1973-cü ildə İşıqlı kəndində anadan olub. Onun 1993-cü il iyulun 2-də itkin düşdüyü bildirilir.
Rafiq Şakir oğlu Cəfərov isə 1973-cü ildə rayonun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. O, 1993-cü il avqustun 23-də itkin düşmüşdü.
Bildirilir ki, hər üç şəxsin nəşinin qalıqları 15 may tarixində dəfn olunacaq.
Qeyd edək ki, itkin düşmüş şəxslərin taleyinin araşdırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər davam etdirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO
Metro və avtobuslarda yayxanaraq oturan, bununla da digər sərnişinlərə mane olan şəxslər cərimələnə, hətta həbs oluna bilərlər.
Cəmiyyət"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında təhlükəsiz hərəkətə mane olan səbəblərdən bəhs olunub.
CəmiyyətQalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIRLAR - VİDEO
Evlərin altından su çıxır...
CəmiyyətSumqayıtda evdə yanğın: Ana və qızı xəstəxanalıq oldular - VİDEO
Sumqayıtda yanğın hadisəsi baş verib.