Son dəqiqə
O gecə necə sağ qaldım? - Kiyev təəssüratları - FOTO"Tesla" "Ford"u üstələdiPortuqaliyada səs-küylü həbslərXaçmazda yol çökdü: Avtomobil çuxura düşdü - VİDEOYer kürəsi niyə yarıya bölünəcək? - Alimdən maraqlı açıqlamaABŞ doqquz həftədə 250 milyon bareldən çox neft ixrac edib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO
Cəmiyyət

İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO

Bu gün
01:48
0 baxış
Paylaş:

Metro və avtobuslarda yayxanaraq oturan, bununla da digər sərnişinlərə mane olan şəxslər cərimələnə, hətta həbs oluna bilərlər.

Metro və avtobuslarda yayxanaraq oturan, bununla da digər sərnişinlərə mane olan şəxslər cərimələnə, hətta həbs oluna bilərlər.

İnzibati Xətalar Məcəlləsinə əsasən, bu cür hərəkətlər xırda xuliqanlıq maddəsi üzrə qiymətləndirilir. İctimai nəqliyyatda qaydaları pozan şəxsləri 50 manatdan 100 manatadək məbləğdə cərimə gözləyir. Bu tədbirin tətbiqi kifayət hesab edilmədikdə isə qanunvericilik 15 günədək inzibati həbs nəzərdə tutur.

Məsələ ilə bağlı paytaxt sakinlərinin fikirləri fərqlidir.

"Ola bilər ki, insan fikirli, halsız və ya işdən çıxdığı üçün yorğun olsun. Sadəcə, rahat oturmaq istəyir. Mən buna normal baxıram", - deyə sakinlərdən biri Baku TV-yə bildirib.

Digər bir vətəndaş isə bu cür halların narahatlıq yaratdığını vurğulayıb: "İki nəfərin yerini tuturlar. Etiraz edəndə isə hələ bir qulaqlıqlarını taxıb "bir az o yana otur" deyirlər".

Hüquqşünas Hikmət Əliyev məsələnin hüquqi tərəflərinə aydınlıq gətirərək bildirib ki, hər bir hal fərdi şəkildə qiymətləndirilməlidir:

"İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanın pozulması və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq hesab olunur. Lakin ictimai nəqliyyatda şəxslərin uyğunsuz şəkildə əyləşməsi hər zaman bu maddə ilə qiymətləndirilə bilməz. Hüquqi məsuliyyət yalnız o halda yaranır ki, həmin hərəkət digər sərnişinlərin hüquqlarını pozsun və ya cəmiyyətə qarşı nümayişkaranə hörmətsizlik xarakteri daşısın. Yəni yayxanaraq oturmaq faktı öz-özlüyündə xırda xuliqanlıq sayılmır. Yalnız ictimai asayişin pozulduğu və başqalarının hüquqlarına müdaxilə edildiyi halda bu maddə çərçivəsində məsuliyyət məsələsi gündəmə gələ bilər".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#İctimai_asayişin_pozulması_(Xuliqanlıq)#Avtobus_marşrutu#Bakı_Metropoliteni_QSC

Oxşar Xəbərlər

"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEOCəmiyyət

"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO

Baku TV-nin "Necə olmalıdır?" podkastının budəfəki buraxılışında təhlükəsiz hərəkətə mane olan səbəblərdən bəhs olunub.

Bu gün
01:240
Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIRLAR - VİDEOCəmiyyət

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIRLAR - VİDEO

Evlərin altından su çıxır...

Bu gün
01:000
33 ildən sonra Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edilibCəmiyyət

33 ildən sonra Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edilib

Uzun illər itkin kimi qeydiyyatda olan Füzuli rayon sakinlərinin taleyinə aydınlıq gətirilib.

Bu gün
00:420
Sumqayıtda evdə yanğın: Ana və qızı xəstəxanalıq oldular - VİDEOCəmiyyət

Sumqayıtda evdə yanğın: Ana və qızı xəstəxanalıq oldular - VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib.

Bu gün
00:120