Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. 550 minlik qalmaqalın TƏFƏRRÜATI: Tanınmış fitnesçi barəsində cinayət işi BAŞLANMADI - FOTO
550 minlik qalmaqalın TƏFƏRRÜATI: Tanınmış fitnesçi barəsində cinayət işi BAŞLANMADI - FOTO
Cəmiyyət

550 minlik qalmaqalın TƏFƏRRÜATI: Tanınmış fitnesçi barəsində cinayət işi BAŞLANMADI - FOTO

Bu gün
15:24
0 baxış
Paylaş:

Tanınmış fitnes məşqçisi Hidayət Məhərrəmlinin keçmiş sevgilisi Ş.Y. hüquq-mühafizə orqanlarına etdiyi şikayəti geri götürüb.

Tanınmış fitnes məşqçisi Hidayət Məhərrəmlinin keçmiş sevgilisi Ş.Y. hüquq-mühafizə orqanlarına etdiyi şikayəti geri götürüb.

Gundem.today "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, notarial qaydada ərizə yazaraq keçmiş sevgilisinə qarşı şikayətinin, maddi-mənəvi tələbinin olmadığını bildirib.

Ş.Y.-nin müraciəti əsasında aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilib.

H.Məhərrəmli məsələ münasibət bildirib. O deyib ki, əvvəllər münasibətdə olduğu xanımın müraciəti əsasında Abşeron Rayon Polis İdarəsində araşdırma aparılıb:

"Araşdırma zamanı müəyyən edilib ki, sosial şəbəkələrdə yayılmış iddialar şəxsi münasibətlər fonunda yaranmış qısqanclıq və emosional gərginlik zəminində səsləndirilib, lakin real faktlara əsaslanmayan məlumatlardan ibarət olub. Araşdırma zamanı həmin xanım 32 saylı notariat ofisində imzaladığı, reyestrdə 8İ-37 nömrə ilə qeydə alınmış 5 yanvar 2026-cı il tarixli ərizə ilə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət edərək mənə qarşı heç bir şikayətinin, iddiasının, maddi və mənəvi tələbi olmadığını bildirib. Bu fakt bir daha təsdiq edir ki, barəmdə qeyd edilən ittihamlar qısqanclıq zəminindən əmələ gələn emosional duyğulardan doğuran yalan, şər və böhtan xarakterlidir.

Fotoda Hidayət Məhərrəmli

Bu səbəbdən də həmin xanım tərəfindən edilən müraciət əsasında Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb. Aparılan yoxlamalar və hüquqi qiymətləndirmə nəticəsində yayılan iddiaların faktiki əsasının olmadığı müəyyən edilib və məsələ üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunub. Onlara aparılmış obyektiv araşdırmaya görə təşəkkür edirəm".

H.Məhərrəmli məsələ ilə bağlı əvvəllər sosial şəbəkələrdə və müxtəlif media platformalarında barəsində yayılmış əsassız və həqiqətə uyğun olmayan bütün məlumatların silinməli olduğunu düşünür:

"Sosial şəbəkələrdə və media resurslarında bu mövzu ilə bağlı edilən paylaşımlar zamanı rəy (şərh) bölməsinin açıq saxlanılması böhtan və təhqir xarakterli fikirlərin yayılmasına şərait yarada bilər, o cümlədən işgüzar fəaliyyətimə və nüfuzuma xələl gələ bilər. Bu səbəbdən bütün səhifə və media administratorlarından tələb olunur ki, bu mövzu ilə bağlı paylaşımlarda rəy bölməsi deaktiv edilsin. Əks halda, həm yayılan yanlış məlumatlara, həm də rəy bölməsi vasitəsilə ictimai şəkildə səsləndirilən təhqiredici və hüquqazidd fikirlərə görə həmin səhifə və administratorlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq hüquqi tədbirlər görüləcək və onlar məsuliyyətə cəlb olunacaqlar".

Qeyd edək ki, xanım bir müddət əvvəl hüquq-mühafizə orqanlarına müraciət edərək keçmiş sevgilisinin biznes qurmaq adı ilə ondan 550 min manat aldığını iddia etmişdi.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Hidayət_Məhərrəmli#fitnes_məşqçisi#cinayət_işi#polis_araşdırması#şikayətin_geri_götürülməsi#550_min_manat_iddiası#Abşeron_rayon_Polis_İdarəsi#Daxili_İşlər_Nazirliyi#böhtan_ittihamı#məhkəmə_və_hüquq.

Oxşar Xəbərlər

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOCəmiyyət

Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO

Təhsil mərkəzinə təxminən 1 800 manat ödəniş edilib, lakin vəsait tam şəkildə geri qaytarılmayıb.

Bu gün
23:360
Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBCəmiyyət

Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏB

Bakıda Şəhər şosesində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkətində ləngimələr yarana bilər.

Bu gün
22:480
"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEOCəmiyyət

"Üzrlü saysınlar, amma..." - Seyran Səxavətin 80 illik yubileyində izdiham yaşandı - VİDEO

Dövlət Akademik Filarmoniyasında yazıçı və şair Seyran Səxavətin 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə böyük izdiham müşahidə olunub.

Bu gün
22:360
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılırCəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi küçələrdə hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospekti istiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan ərazidə hərəkət məhdudlaşdırılacaq.

Bu gün
22:240