Son dəqiqə
Türkiyədə məktəb yaxınlığında silah səsləri eşidildi - FOTO - VİDEOUkraynadan gətirilən tonlarla toyuq məhsulunda qızdırmaya səbəb olan bakteriya aşkarlandı - FOTO"Kaşıbeyaz" artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı "Dreamland"dəQətər hava limanı xarici uçuşları bərpa edirStartaplar üçün innovasiya və startap müsabiqəsi elan olunurÇin rəhbəri Hörmüz boğazı ilə bağlı çağırış etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. culture
  3. 80 yaşlı Seyran Səxavət: "Dostlarım getdilər, uşaq-muşağın əlində qalmışam" - VİDEO
80 yaşlı Seyran Səxavət: "Dostlarım getdilər, uşaq-muşağın əlində qalmışam" - VİDEO
culture

80 yaşlı Seyran Səxavət: "Dostlarım getdilər, uşaq-muşağın əlində qalmışam" - VİDEO

23 mart 2026
06:14
1 baxış
Paylaş:

Baku TV yazıçı, şair, dramaturq Seyran Səxavətin 80 illik yubileyi münasibətilə onu Azərbaycan Yazıçılar Birliyində ziyarət edib.

Baku TV yazıçı, şair, dramaturq Seyran Səxavətin 80 illik yubileyi münasibətilə onu Azərbaycan Yazıçılar Birliyində ziyarət edib.

O özünü yaxşı hiss etdiyini və sağlamlığı ilə bağlı heç bir şikayətinin olmadığını söyləyib:

"Sağlamlığımdan şikayətlənməyə haqqım yoxdur. Özünə baxmaq tək adamın işi deyil. Mənim həyat yoldaşım professordur. Amma evdə bunu yadından çıxarır. Qapıdan içəri girəndə evin xanımıdır. Övladlarım da qayğıma yaxşı qalırlar".

Yazıçı bu yaşda fəaliyyət göstərməyin onun üçün çətin olmadığını da vurğulayıb:

"Bu yaşda çalışmamaq mənim üçün çətindir. Yazıçılar Birliyi mənim evim kimidir. Buradakı adamlar başqadırlar".

Dost sarıdan bəxtinin gətirdiyini deyən Seyran Səxavət onları itirməyin ağrısını çox dərindən hiss etdiyini bildirib:

"Hamısı yavaş-yavaş getdi, məni aparmadılar. İndi uşaq-muşağın əlində qalmışam. Bir dəfə müsahibəmdə demişdim ki, bilsəm, onlarla dost olmazdım, itirəndə də belə yaman günə qalmazdım".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın