
Qətər hava limanı xarici uçuşları bərpa edir
Qətər rəhbərliyi paytaxt Dohada yerləşən Həməd Beynəlxalq Hava Limanı vasitəsilə xarici aviaşirkətlərin ölkəyə həyata keçirdiyi uçuşların mərhələli şəkildə bərpa olunacağını elan edib.
Qətər rəhbərliyi paytaxt Dohada yerləşən Həməd Beynəlxalq Hava Limanı vasitəsilə xarici aviaşirkətlərin ölkəyə həyata keçirdiyi uçuşların mərhələli şəkildə bərpa olunacağını elan edib.
Gundem.today xəbər verir ki, bu barədə əmirliyin Mülki Aviasiya İdarəsinin dərc etdiyi rəsmi bəyanatda məlumat verilib.
Sənədə əsasən, sözügedən qərar bütün aidiyyəti qurumlarla əlaqəli şəkildə mövcud vəziyyətin hərtərəfli qiymətləndirilməsinin nəticələrinə əsasən qəbul edilib. Qurumdan vurğulanıb ki, həyata keçirilən tədbirlər aviasiya sektorunun fəaliyyətinin səmərəliliyini və ən yüksək səviyyədə hazırlığını təmin etmək məqsədi daşıyır. Aviasiya rəhbərliyi bütün reyslərin və əlaqədar əməliyyatların beynəlxalq təhlükəsizlik, mühafizə standartlarına uyğun şəkildə, həmçinin sərnişinlərin, işçi heyətin qorunması üçün zəruri ehtiyat tədbirləri tətbiq edilməklə icra olunacağına zəmanət verib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə, o cümlədən Qətərdə hava məkanı müvəqqəti bağlanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Brent" markalı neftin qiyməti 105 dolları keçdi
Qlobal bazarda neft bahalaşıb.
DünyaRusiyada FTX məmurlara qarşı terror planını pozdu
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna xüsusi xidmət orqanları tərəfindən "Roskomnadzor" (Monitorinq və İdarəetmə Mərkəzi) rəhbərliyinə qarşı hazırlanan terror hücumunun qarşısının alındığını bəyan edib.
DünyaTramp Senatdakı demokratların "ağlayan" liderini istefaya çağırdı
ABŞ Prezidenti Donald Tramp Konqresin Senatındakı (yuxarı palata - red.) demokrat azlığın rəhbəri Çak Şumeri tutduğu vəzifədən istefa verməyə çağırıb.
DünyaABŞ-nin hərbi dəniz qüvvələri nazirinin istefasının PƏRDƏARXASI MƏQAMLARI
ABŞ-nin hərbi dəniz qüvvələri (HDQ) naziri postundan kənarlaşdırılan Con Felan daha öncə Ağ Ev rəhbəri Donald Trampı onu bu vəzifədə saxlamağa inandırmağa cəhd göstərib.